Ağsuda yarıtmaz idarəçilik: Əhali sosial problemlər içərisində boğulur – ŞİKAYƏT/VİDEO

18-02-2016, 09:34           

Ağsu rayonundan cumhuriyyət. az-ın elektron poçtuna növbəti şikayət dolu video müsahibə daxil olub. Həmin müsahibəni yazılı və video müsahibə şəklində dəyərli oxucularımıza təqdim edirik.
Ağsu rayonunun Çiyni kənd sakini Rüstəm Vahidovun dedikləri: Ağsunun sosial inkişaf mərkəzində bizlərə ünvanlı yardım verməkdən imtina edirlər. Hazırda kəndimizdə işıq, qaz var, ancaq bizlər bundan pulu ödəyə bilmədiyimizə görə istifadə edə bilmirik. Mənim şəxsi avtomobilim ola-ola iki il yardım almışam. Həmin dönəmdə mənə düşən yardımın üç ayını özləri alandan sonra kartı mənə verdilər və yerdə qalan ayları mən aldım. İndi yardımımı kəsiblər. Neçə aydır ki, məni get-gələ salıblar. Həmin idarədə Bəxtiyar, Altay, Xəlil adlanan şəxslər var. Bizləri də digər adamları da bu şəxslər incidirlər. Hər dəfə bizə deyirlər ki, gedin düzələcək, ancaq heç bir nəticə yoxdur. İcra başçısının müavini Rasim müəllimin qəbulunda olub dərdimi ona danışmışam. Yanımda zəng edib tapşırıb. Mən mərkəzə gedəndə isə mənə yenidən problem yaradıblar. Deyirlər ki, sizin karta stop qoyulub. Mənə deyirlər ki, adınızda avtomobil var. Hansı ki, avtomobili xeyli vaxtdır ki, satmışam. Bəs avtomobil bəhanəsidirsə onda niyə avtomobilim ola-ola iki il mənə yardım veriblər? Bilmirik ki, dərdimizi kimə deyək. Bir ümidimiz allaha qalıb. Başqa çıxış yolumuz qalmayıb. Nə qazdan, nə də ki, işıqdan istifadə edə bilmirik. Dolanışığımız da çox pisdir. Övladlarımın biri məktəbə, biri isə bağçaya gedir. Rayon məşğulluq idarəsində güya iş olacaq dedilər, biz də adımızı yazdırdıq. Sonradan dedilər ki, bunlar yalan vədlərdir, əhalini aldadırlar. Dərdimizi icra başçısına, müavinlərinə demişik xeyri yoxdur. Kimin pulu varsa, kim ki, rüşvət verə bilir, yardımı da ona verirlər. Mənim özümdən əvvəllər üç ayımı alıb sonra kartı mənə verdilər. İndi pulum yoxdur, ona görə də yardım da vermirlər. Deyirlər ki, bir ildən sonra olacaq. Bu bir ildə mən nə yeyim, nə içim? Tək mən deyiləm ki, ailə-uşaq var, xeyr-şər, kommunal xərclər var. Bunlar necə olsun? Mən cənab prezident İlham Əliyevdən kömək istəyirəm. Ağsuda dərdimizi deməyə ünvan tapmırıq. Dərdimizi kimə deyiriksə, kömək edən tapılmır. Rayonda heç bir yerdə iş tapa bilmədiyimizə görə işsizik.
Digər kənd sakini İnqilab Abbasovun söylədikləri:Mənim də şikayətim ünvanlı yardım barəsindədir. Bizləri get-gələ salıblar. Dörd aydan çoxdur ki, mənim vaxtım qurtarıb. Bütün sənədlərim qaydasındadır, ancaq yardımı vermirlər. Hər dəfə bu gün düzələr, sabah düzələr deyib bizi aldadırlar. Artıq fevral ayı yarı olub, hələ heç bir şey yoxdur. Bilmirik ki, kimə şikayət edək ki, dərdimizə əlac olsun. Mən sual edirəm ki, cənab prezidentin verdiyi qərarları, Ağsu rayon rəhbərliyi niyə icra eləmir? Biz bilmirik bunların arxasında kim dayanır, kimə güvənirlər. Mənim üç övladım var. Övladımın biri xəstədir. Digər övladım məktəblidir, əlaçıdır, ancaq onun da gözlərində zəiflik var. Mən pul tapa bilmirəm ki, onları həkimə aparım. Hər dəfə gedib gələndə 300-400 manat pul lazımdır. İki il apardım, indi imkanım yoxdur. Ağsuda əlində diplomu olanlar iş tapa bilmirlər. Bizlər orta təhsilliyik bizə haradan iş ola bilər. Mən sürücüyəm hara getmişəmsə deyiblər ki, ehtiyac yoxdur. Əlaqədar qurumlardan xahiş edirik ki, bizlərə kömək etsinlər.
Redaksiyadan:Yazıda adları çəkilən bütün şəxslərin fikirlərini dinləyib dərc etməyə hazırıq. Video müsahibəni təqdim edirik.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.