Qazaxın padşahının qabarmış dosyesi: Araşdırılmalı, qiyməti verilməlidir... VİDEO

30-04-2021, 07:17           
Qazaxın padşahının qabarmış dosyesi: Araşdırılmalı, qiyməti verilməlidir... VİDEO
Azərbaycanın mədəniyyətində, incəsənətində, sosial-iqtisadi inkişafında və digər sahələrində Qazax rayonunun özünəməxsus xüsusi yeri olub və olacaq. Amma bir çox rayonlara gətirilən başçıların sayəsində rayonlar uğurlardan, özünəməxsusluqdan düşür ki belə bir gözdəndüşmə Qazax rayonununda taleyinə yazılıb. Qazaxın icra başçısı Rəcəb Babaşov 2016-cı ildən bu vəzifədədir.( Maraqlıdır ki, icra başçısı haqda heç bir mənbədə ətraflı məlumat verilmir) .
Teref.az xəbər verir ki, bu fikirləri redaksiyamızın poçtuna göndərilmiş məqalədə müəllif yazır.
Daha sonra müəllif yazır, amma hələ yolu Qazaxa düşməmişdən çox əvvəl onun adı çoxlarına tanış idi. Belə ki, Rəcəb Babaşov Qazax rayon İcra Hkimiyyətinin başçısı təyinatı almamışdan əvvəl Vergilər Nazirliyiinn Bakı Vergilər Departamentində İri Vergi Ödəyiciləri ilə iş üzrə İdarənin rəis müavini vəzifəsində çalışıb. Rəcəb Babaşovun maraqlı karyerası var. Onun adı "MTN işi”ndə hallansa da, və bir çoxları Eldar Mahmudov və Akif Çovdarovun "mütəşəkkil dəstəsində” yer alan, iri vergi ödəyiciləri olan iş adamlarına divan tutan bu şəxsin həbs olunmasını gözləsələr də, bu gözləntilərin əvəzinə o, Qazax rayon İcra Hakimiyyətinə başçı təyinatı alıb. (AzMedia.info) Daha əvvəl isə, Rəcəb Babaşov ölkəyə qaçaqmal yolu ilə gətirilən və aksizsiz satılan stqaretlərin Mərkəzi Aran rayonlarında və Bakının bir sıra rayonlarında satışını təşkil edən vergi məmuru kimi tanınıb.

Başçı seçilən ili yenidən “məşhurlaşıb” Necə?

Qazaxın icra başçısının kabinetində "Qırmızı körpü” gömrük keçid məntəqəsinin rəisi Mehman Sadıqovla əlbayxa davasının ilginc detalları ilə bağlı məlumat mediaya bir anda sıçradı. Həmin məlumatda qeyd olunurdu ki, Qazaxın icra başçısı Rəcəb Babaşovla "Qırmızı körpü” gömrük keçid məntəqəsinin rəisi Mehman Sadıqov arasında mübahisə əlbayaxa davaya çevrilib. Hadisənin Qazax rayon İcra Hakimiyytinin binasında baş verdiyi bildirilirdi. Bu insidentlə bağlı maraqlı məlumat daxil olub. Hadisənin detallarını anladan mənbə bildirib ki, həqiqətən də belə bir hadisə baş verib. Ancaq mübahisənin səbəbi heç də mətbuatda dərc olunduğu kimi deyil. Redaksiyamıza "Qırmızı körpü” gömrük keçid məntəqəsindəki mənbənin verdiyi məlumata görə, başçının kabinetində əlbəyaxaya səbəb olan mühahisənin səbəbi Rəcəb Babaşovun yuxarıların icazəsi olmadan "Qırmızı körpü” gömrük keçid məntəqəsindən qaçaqmal yolu ilə siqaret keçirmək istəməsi olub. Mənbənin bildirdiyinə görə Rəcəb Babaşov Gürcüstandan qaçaqmal yolu ilə siqaretlərin ölkəyə keçirilməsi üçün "Qırmızı körpü” gömrük keçid məntəqəsinin rəisi Mehman Sadıqovdan "pəncərə” istəyib.(azmedia)Lakin Mehman Sadıqov icra başçısına bildirib ki, birbaşa rəislərindən göstəriş almadan icra başçısı üçün belə bir "pəncərə” aça bilməz. Cavabında isə Rəcəb Babaşov Mehman Sadıqovu şantaj etməyə cəhd edib və bildirib ki, Mehman Sadıqovun rəislərindən gizli çevirdiyi işlər barədə yuxarılara məlumat ötürəcək. Mehman Sadıqov isə əsəbi şəkildə bildirib ki, o, rəislərindən gizli heç bir şey çevirmir və bu zaman ağır ifadələr işlətdiyinə görə mübahisə qızışıb və daha sonra əlbəyaxa davaya çevrilib.

Cavid Qurbanovun “qara kassa”sı
Rəcəb Babaşov Vergilər nazirliyində İri Vergi Ödəyiciləri Departamentinin rəisi olub. Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu R.Babaşovun qızı ilə ailə həyatı qurub. Yəni haqqında qısaca bilgi verdiyimiz bu adam əslində iki iri rəqib məmurun – Ziya Məmmədovla Cavid Qurbanovun qohumluğunu qazana bilib. Lakin Rəcəb Babaşov daha çox Cavid Qurbanovun «kassiri», pulyığanı kimi tanınır. Bütün bunlar haqda cumhuriyyet.az-ın media üzərindən apardığı araşdırmalara görə, elə Sabirabad rayonunda Rəcəb Babaşovun xeyli sayda obyektləri var. Qardaşının rayonda böyük tikinti materialları bazası var. Məlumatlara əsasən R.Babaşov elə öz rayonundan başlayaraq iş adamlarına divan tutur. Bakıda isə onu tanımayan, ona «haqq» verməyən bir az iri olan iş adamı yoxdur.
Cavid Qurbanovun iri obyektlərinin idarəedilməsi, onların bütün inzibati problemlərdən qorunması işini də bu adam həyata keçirir. Müraciət edən iş adamları deyirlər ki, son zamanlar Babaşovun adı ilə obyektlərin yoxlaması işləri daha da amansız şəkildə həyata keçirilir. Departament rəhbərinin adı ilə yoxlamaya gələnlər, xüsusilə də Cavid Qurbanovun rəqibləri ilə daha amansız davranırlar. Şikayətçi olan iş adamları deyirlər ki, Rəcəb Babaşovun yoxlamaya yolladığı adamlar heç də iri vergi ödəyiciləri ilə kifayətlənmirlər.(7news.az/)

Yarıtmaz əməllər

Havay adalarındakı istirahətilə arxasınca xeyli söz etdirən başçı sonralar xırda-xırda yarıtmaz əməlləri ilə gündəmdə qalmağı bacardı. Məsələn, 2019-cu ildə Babaşov Canallı kəndinin girəcəyində Yeni Yaşayış Massivində 100-dən çox ailəni susuz qoydu. Kənd əhlinin bildirdiyinə görə, günlərlə 100-dən çox ailənin yaşadığı Yeni Yaşayış Massivinə su verilmədi. Həmin vaxtlar 40-dan çox ailə başçısı Rayon İcra Hakimiyyətində oldu. Lakin onları heç kim qəbul etmədi.. Daha sonra (2020) Qazax Rayon İcra Hakimyyəti yardım payladı. Yardımı ancaq maddi vəziyyəti yaxşı olanlara verdilər. Başçının idarəçiliyinin bərbadlığına gəldikdə isə özünü Qazax rayon İcra Hakimiyyətinin işçisi kimi təqdim edən şəxs AzToday.az vasitəsi ilə prezident İlham Əliyevdən kömək istəmişdi:” Yersiz yerə, yəni iş oldu olmadı İcra Aparatının bütün heyyətini gecə saat 11 – 12- yə dək bəzi vaxtlarda isə 02.00-dək iş yerində olmağı tələb edir. İcra Apparatının işcilərini çox gərgin qorxu və xof altında saxlamaqla sanki bir hərbi hissə rejimi yaradıb. Ən xırda bir iş üçün Aparatın işciləri Rəcəb Babaşovdan icazə almalıdır. Bunun üçün isə bəzən 30- 40 dəqiqə kabinetin qarşısında gözləməli olursan. Keyfi yaxşı olsa icazə verəcək olmasa yox..

Biznes, pul, bahalı həyat

O ərəfələrdə isə Rəcəb Babaşovun keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun qonağı olduğu gündəmə gəldi. Məlumata görə, (MilliYol bildirilir) sabiq nazirlə icra başçısı xaricdəki bizneslərini müzakirə ediblər. Babaşov fəaliyyəti dövründə 78 hektar Qazaxda dillər əzbəri olan ərik bağlarını sataraq 624 min manat pulu oğlunun Kapital bankdakı hesabına keçirib. Üstəlik oğluna 275 min dollar (450 min manat) dəyərində olan avtomobil almasını artıq bilməyən yoxdu.
Qazaxın icra başçısı Rəcəb Babaşovun fəaliyyət dövründə dosyesi çox qabarıb. O, dosyeni incələk, gerçəyi, haqqı ortaya qoymaq isə səlahiyyətli orqanların işidir! Amma ən əsası odur ki, o dosyelər açılarkən Qazax camaatının fikirlərini də dinləməlidirlər! Qazax sakinləri isə görün nə deyirlər..
Ali təhsilli baxça müəlliməsi, Qazax şəhər 2 saylı
uşaq baxçasından tam əsassız çıxarılan, 80 manata müəllimə
işləmiş , ailəli Həsənova Solmaz Novruz qızı tərəfindən

Qazaxda hamı qorxusundan bu insana yalvarır, təərifləyir, az qalır ki, üst-başını təmizləsin. Babaşov Qazaxda həm prokuror, həm rəis, həm də məhkəmədir. Kimiyə deyir, tutduraram, kimyə deyir asdıraram, kimiyə deyir ki, itirərəm. Tabeçiliyndəki idarə müdirləri isə yenə öz işlərindədir. Alan alır, verən verir, satan da satır. Azmış kimi Babaşov onlara “Fəxri Fərman “da verir.

İstəmirəm deyəm, öyrənilsə ki, Qazax şəhərində yerləşən başçının qonaq evində Babaşova kim qulluq edir. Onda təlatüm yaranar. Bu mövzuya hələ ki sonra…

Qazaxın 100 hektarlarla torpağı icra başçısı tərəfindən əkilərək kartof, soğan və sairə kimi məhsuular əldə edilib rayon rəhbərinin şəxsi hesabına daxil olur. Onun Sabirabadda qurduğu maldarlığıa hələ ki bildiyim bir neçə nəfər Qazaxın işçisi ola-ola, əməkhaqqını Qazaxdan ala-ala gedib Babaşovun biznesinə kömək edirlər. Aylarla ailələrinin üzünə həsrətdirlər. Demək belə qanunauyğunsuzluqlar olar, mən isə xəstə bir övladıma, işləməyən həyat yoladşımla bir qismət çörək kəsmək üçün 80 manat apara bilmərəm? Hansı ki, bu dövlətə, bu partiyay xidmət edə-edə.//azerixeber.az/ (13fevral 2019-cu il)
P.S Qeyd etmək istəyirik ki, məqalədə qeyd edilən bütün faktlar medaiada dərc edilib və təkzib edilməyib.
Teref.az olaraq qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.