Salyan Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Yusufovun sərvəti göz qamaşdırır

30-04-2021, 09:51           
Salyan Suvarma Sistemləri İdarəsinin rəisi  Tahir Yusufovun sərvəti göz qamaşdırır
Allaha acıq getməsin, üç ay əvvəl Tahir Yusifov adlı şəxsin koronavirusdan dünyasını dəyişməsi xəbəri yayılanda Salyan rayon sakinlərinin bir çoxu, əksərən də əkin təsərrüfatları suvarma suyu ilə təminat sarıdan korluq çəkən kəndli-fermerlər sevinmişdilər. Amma tezliklə məlum olanda ki, vəfat edən Taimex” şirkətinin və Ağsudakı “Qradus-40” araq zavodunun sahibi, “Turan” futbol komandasının rəhbəri olmuş məşhur iş adamı Tahir Yusifovdur, salyanlılar tovuzlulardan heç də az kədərlənmədilər. Bəli, Salyan Suvarma Sistemləri İdarəsinin rəisi rəhmətlıik adaşından fərqli olaraq həmyerlilərindən belə nifrin dolu münasibəti özü qazanıb, qol qoyduğu xoşagəlməz işdəycələri ilə.

Elə həmin ərəfədə KİV-də başqa bir məlumat dolaşdı ki, Salyan Suvarma Sistemləri İdarəsi bir gündə nə az – nə çox, düz 5 tenderlə bağlı ümumi dəyəri 1 milyon 285 min 514 manatlıq olan müqavilə bağlayıb və bu 5 müüqavilənin hamısı “Sevinc-96” Məhdud Məsuliyyətli Cəmiyyətlə imzalanıb. Nasos aqreqatlarının təmiri üçün ehtiyat hissələrinin satınalınması adlı tenderə görə İdarə Şirkətə 279447.39 AZN, Elektrik və mexaniki avadanlıqların təmiri üçün ehtiyat hissələrinin satınalınması adlı tenderə görə 263401.88 AZN, Nasos aqreqatlarının təmiri üçün ehtiyat hissələrinin satınalınması adlı tenderə görə 279447.39 AZN, Mexanizmlər, təkərli traktor və avtonəqliyyat vasitələrinin ehtiyat hissələrinin satınalınması adlı tenderə görə 197079.06 AZN, Təmir tikinti işləri üçün tikinti materiallarının satınalınması adlı tenderə görə isə 266140.27 AZN ödəyəcək.

İdarəyə uzun illərdir rəhbərlik edən Tahir Yusif oğlu Yusifov bölgədə “Dollar Tahir” ləqəbi ilə məhşurdur. Onun rayondakı suvarma sistemlərini məhv etməsindən, böyük maliyyə maxinasiyaları və hətta icra başçısı olmaq üçün vaxtilə çabalar göstərdiyi, bir ara qumara qurşandığı haqda məlumatlara rast gəlmək mümkündür.

T.Yusifovun tender — satınalma sövdələşmələrindən əlavə, son vaxtlar idarənin balansındakı maşın-mexanizmləri ehtiyat hissələrinə bölərək satdığı haqda informasiyalar vardır. Vaxtaşırı olaraq lildəntəmizləmə, sahilbərkitmə işləri adı altında xeyli vəsaitin “təyinatı üzrə” silinərək “səmərəli” xərclənməsi də Tahir bəyə az haram qazanc gətirmir. Beləliklə, Tahirin Salyanda malik olduğu 100 kvadrat-metr sahəsi olan iri topdansatış ərzaq ticarəti mərkəzinin, yenə orada icarəyə verdiyi müasir pal-paltar mağazasının, Salyanda və Bakıda bahalı evlərinin, dəyərli avtomobillərinin, dəyəri yüz min manatlarla ölçülən digər daşınar və daşınmaz əmlaklarının mənbəyi haqda təsəvvürlər dəqiqləşir.

Mövzuya qayıdacağıq.

Deryaz.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.