Naftalan İcra Hakimiyyətinində ordumuzun Qarabağı işğaldan azad etdiyi barədə xəbəri yoxdur FOTO

3-05-2021, 15:24           
Naftalan İcra Hakimiyyətinində ordumuzun  Qarabağı işğaldan azad etdiyi barədə xəbəri yoxdur FOTO
Doğrudanda bütün rayonların icra hakimiyyətlərinin rəsmi saytları demək olar ki, eynidir. Aşağı yuxarı bəzi xırda para fərqləri ola olmaya.
Teref.az xəbər verir ki, bu saytımıza göndərilən məqalədə yazılıb.
daha sonra müəllif yazır, amma bir çoxları ən azından Respublikada baş verən hadisələri işıqlandırır, dövlətimizin qazandığı qələbələrlə bağlı məlumatlar verirlər.
Lakin Naftalan Şəhər İcra Hakimiyyətinin saytına daxil olduqda bunlar barədə heç bir məlumat əldə edə bilməzsiniz. Hətta xala xətrin qalmasın deyə bir "Qarabağ" bölməsi belə yaradılmayıb. O ki, qalsın "Qələbə" və ya "Zəfər" bölməsinə, bunların heç izi tozu belə yoxdur.
İşğal olunmuş ərazilərimizin azad edilməsi, müzəffər Ali Baş Komandanın 2-ci Qarabağ savaşı zamanı apardığı siyasi xətt barədə, qələbədən sonra Prezident İlham Əliyevin, Vitçe Prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş torpaqlara səfərləri barədə davamlı məlumatlar və reportajlar olmalıdır ki, sayta girən oxucular bütün bunlardan məlumatlansın. Dövlət başçısı səfər etdiyi azad edilmiş torpaqlarımızda bir çox müəsisələrin təməlqoymasında iştirak edib, siyasi və sosial mesajıar verib. Ancaq siz bunları saytda axtarmaya bilərsiniz. Çünki yoxdur.
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov 2 ali təhsili olan cavan kadrlardandır, məsul vəzfələrdə işləyib və dövlət başçısının diqqətini çəkərək, onun etimadını qazanıb.

O bilməmiş olmaz ki, informasiyanın toplanıldığı və ötürüldüyü ən klassik forma olan saytlar bu günün ən təsirli təbliğat vasitəsidir. Lakin bu təsir və təbliğ vasitəsi o zaman effektli olur ki, yaradılmış informativ resursu, el dilində desək, “hörümçək toru basmasın”. Yəni yenilənməyən saytı yalnız və yalnız hörümçək toru ilə “bəzədilən” otaqla müqayisə etmək olar ki, o “otağ”a da heç kəs daxil olmur. Elə yuxarıda adını çəkdiyimiz Naftalan Şəhər İcra Hakimiyyətinin rəsmi saytı kimi.
Dövlət başçısı bu günlərdə Zəngilan və Cəbrayıl rayonlarına səfər edib, bir sıra obyektlərin təməli qoyulub. Təəssüf ki, bu səfər və keçirilən tədbirlər barədə rayon icra hakimiyyətlərinin saytlarında bir cümlə ilə belə məlumat verilməyib.
Bundan o nətcəyə gəlmək olar ki, saytı elə başdı başına buraxıblar, 2-3 gündən bir 1-2 xəbər qoyub, bununla kifayətlənirlər.
Hər halda Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov bu çatışmamazlığı aradan qaldırar.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.