Özünü "polis polkovniki" kimi təqdim edən adamın kimliyi bilindi- FHN-dən oğurluğa görə qovulub

6-05-2021, 09:42           
Özünü "polis polkovniki" kimi təqdim edən adamın kimliyi bilindi-
Bu gün “Gənclik” metrosunun yaxınlıqda biabırçı bir səhnəyə rast gəldimş
Dostumla Tofiq Bəhrəmov stadionu tərəfdən keçəndə ərazidə səs küy eşitdik. Gördük ki, bir mülkigeyimli, eynəkli, maskasız olan şəxs maşınlara nəzarət edən işçinin üstünə (parkovşik) qışqırır, onu hamının gözü qarşısında alçaldır, danlayır. Qıraqdan baxıram görürəm ki, həmin o parkovşik başını aşağı salıb sakit durub, qışqıra-qışqıra danışan, onu danlayan şəxsə cavab verə bilmir
Pis oldum, ürəyim dözmədi. Dostumla yaxınlaşdım həmin hadisə yerinə, maşınlara nəzarət edən şəxsə, soruşdum ki, nə baş verir qardaş? Olmazmı, məsələni sakit həll edəsiz?
Teref.az xəbər verir ki, bunu Mehman Hüseynov yazır.

Daha conra Mehman Hüseynov yazır, arkovşik bildirdi ki, bezdim day, bu gördüyünüz eynəkli adam bizə hər gün problem yaradır. Mehman, bu şəxs özünü “POLİS polkovniki” kimi təqdim edərək, burada özbaşnalıqla, quldurluqla məşğuldur. Parkovşik deyir ki, mən bu pullu dayanacağın yiyəsi deyiləm, kasıb adamam, gündəlik çörək pulu qazanmaq üçün burda nəzarətçi işləyirəm.

Məsələ ondadı ki, bu eynəkli şəxs bu ərazidə, qəzet köşkünə yiyəlik edir, gördüyün o köşk ona məxsusdur, hər gün özü və dostları gəlib pullu dayanacaqdan istifadə edirlər, çıxanda amma pulu vermirlər. Bu dəfə də dözməyib başa salmaq istədim ki, mən kasıb adamam, əlacsızlıqdan parkovşik işləyirəm, savadım yoxdu, sən gündə dostlarınla gəlib burda maşın saxlayıb, pulu verməyib gedəndə, müdiriyyət mənim çörəyimdən kəsir götürür o pulu. Sözüm bu adamın xoşuna gəlmədi, başladı qışqırmağa ki, mən polisəm, elə eləmə ki, sənlə başqa cür danışım, mənə bu ölkədə hər şey olar. Maşın saxlayıram, pulu vermirəm bax əcəb edirəm, lotuyam. Bu ərazi mənlikdir.
Dostumla yaxınlaşdım həmin bu mundar sifət adamın yanına, bildirdim ki, özün də deyirsən ki, polis işçisiyəm, amma birincisi özün maskasız gəzib qaydaları kobud pozursan, bu bəs etmir hələ özünü quldur kimi aparıb kimə göstərirsən? Görmürsən yazıq, kasıb adamdır, gündəlik çörək puluna çıxıb? Burda durub onu camaatın içində danlayırsan, hədə-qorxu gəlirsən. O, sənin yerinə sənin maşınının pulunu niyə verməlidir? Onun da evində gözləyən ailəsi var. Görürsən ki, gücsüz zəif adamdı, camaatın içində ona xof gəlirsən. Normal dildə başa düşmədi, üstümüzə cumdu, təhqir, təpik yumruq atmağa başladı. Həmin an telefonumuzu işə salıb, başladıq çəkməyə.

Soruşdum ki, polis kimi təqdim edirsən özünü, heç olmasa vəsiqəni göstər. Bu sualdan sonra özündən tam çıxdı, əxlaqsızlıq etməyə davam etdi, küçə söyüşləri ilə, yumruq-təpik atmaqla, hədə-qorxu ilə. Sonra gördü ki, biz ona söyüşü qaytarmırıq, təxribatına uymuruq, maşınına minib ərazidən qaçdı.
1) Bu tərbiyyəsiz adam biz bilmirik kimdi. Video çəkmişik, sadəcə etik olmadığına görə tam paylaşmaq düzgün deyil. Ancaq söyüş, hədə qorxu. Ona görə qısa videonu yayırıq ki, bu əxlaqsızın davranışını görəsiz.
2) Bu şəxs özünü polis kimi təqdim edirdi, lakin ola bilsin ki, polis deyil, amma kiməsə arxalanıb...
3) Bu adam Gənclik metrosunun çıxışında şəkildə gördüyünüz köşkün yiyəsidi, dəqiqləşdirmişik.
4) Bu adam görün kimə arxalanıb ki, küçədə maskasız gəzib, quldurluq edir. Metronun yanında, ətrafında olan polislər isə ona müdaxilə edə bilmirlər.
5) Bu adam çox tərbiyyəsiz qanacaqsız adamdır, çünki zəif, kasıb bir parkovşiki danlayıb alçaldır, hələ utanmaz-utanmaz pulunu da kəsir.
6) Ona izah etməyə çalışdıq ki, quldurluq dövrü deyil, kasıb, zəif adamlarla işin olmasın. Lakin tərbiyyəsini bir daha görsətdi. Üstümüzə hücum çəkib, təhqir etməyə başladı.
İctimailəşdirək! Bu əxlaqsızı bütün ölkə tanısın! Hüquq mühafizə orqanları da bu məsələni araşdırmalıdır.
Mehman Hüseynov
Bir qədər sonra Mehman Hüseynov daha bir status paylaşaraq adamın kimliyini dəqiqləşdirdiyini yazdı. Mehman Hüseynovun statusunu təqdim edirik:
Əziz dostlar, sizlərin köməyi ilə bu quldurun kim olduğunu üzə çıxara bildik.
Bu şəxsin adı Elxan Tağıyevdir! Keçmiş iş yoldaşı yazır: “O, FHN-Xüsusi Riskli Xilasetmə Xidmətində hərbi hissə komandiri olub. Hərbi hissənin anbarından əşyaların, ərzaqların oğurlayıb satılmasında təqsiri olduğuna görə xidmətdən qovulub. Bu Elxan general Şahmar Paşayev tərəfindən qovulub”.
Oğurluq üstündə işdən qovublar, indi də quldurluqla məşğuldur! Cəzalanmalıdır
Mehman Hüseynov
Teref.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.