Müstəqim Məmmədov 250000 manat oğurlayıb Rusiyaya qaçan tələbə yoldaşını işdən çıxardı.

7-05-2021, 08:06           
Müstəqim Məmmədov  250000 manat oğurlayıb Rusiyaya qaçan tələbə yoldaşını işdən çıxardı.
Teref.az qeyd edir ki, bir qədər əvvəl mediada Tərtər İcra hakimiyyətində baş verən böyük məbləğdə pulun oğurlanması haqqında məlumat getmişdi. Poçtumza Tərtərdən bu məsələ ilə bağlı daxil olan məlumatı təqdim edirik:
Tərtər Rayon İcra hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin böyük məsləhətçisi Şahin Fətəliyev işdən azad olunub.

Bu qərara bir müddət öncə məmurun başçıya çatası 250000 manat vəsaiti,onun və başçının qeyri rəsmi köməkçisi Tünarə Məmmədzadənin ailə üzvlərinin adına olan obyektlərə hesablanmış kompensasiyaları plastik kartlardan nağdılaşdıraraq qaçması səbəb olub.

Qeyd edəkki,başçı açıqlamasında bildirmişdiki,Şahin Fətəliyevə 1 yanvardan-1marta qədər ödənişsiz məzuniyyət verilib və onun haqqında yayılan məlumatlar əsassızdır.

Onuda qeyd edəkki,Şahin Fətəliyev yaxınlarının bildirdiyinə görə,qeyd olunan vəsaitin 100000 manatın getməmişdən 2 saat əvvəl,başçıya təqdim etməsi üçün icra hakimiyyətinin əməkdaşı olan başçının qeyri rəsmi köməkçisi Tünarə Məmmədzadəyə təhvil verib.

Sonda onuda qeyd edəkki,İcra başçısının digər narahatçılığıda Şahin Fətəliyevin adına olan rayondakı obyektlərin talehidir. Z.Bəylərov
Teref.az olaraq qeyd etmək istəyirik ki, Tərtər İcra hakimiyyətindən suallarımıza cavab ala bilməsəkdə, qarşı tərəfin mövqeyini drc etməyə hazırıq!
Teref.az
[/b]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.