"Azərişıq" və "Azərenerji" SAVAŞA başladı

8-05-2021, 06:19           
"Azərişıq" və "Azərenerji" SAVAŞA başladı
"Azərişıq" ASC rəhbərliyi ilə "Azərenerji" ASC rəhbərliyi arasında "BÖYÜK SAVAŞ" başlayıb. İki dövlət qurumu öz rəhbərlərinin fərdi nüfuz və maraqları çərçivəsində əhalidən yığılan, lakin dövlət nəfindən uzaq düşən 100 milyonlarla manat vəsaitin axtarışına çıxıblar. Sabiq "Azərenerji" rəhbəri Babarza Rzayev indiki postunda ölkəyə istehsal edilən enerjinin pulunu öz yeni sələfindən ala bilmir.

"Demokratik.Az"-ın mövzu ətrafında əldə etdiyi şok bilgilərə görə, Vüqar Əhmədovun "Azərişıq"-a rəhbər təyinatından sonra qurumda durum daha acınacaqlı şəkil alıb. Ciddi və danılmaz korrupsiya mexanizmi, eləcə də yarıtmaz idarəetmə halları "Azərişıq" ASC-ni maddi iflas həddinə yönəldib.

Məlumatlı mənbənin "Demokratik.Az"-a bildirdiyinə görə, həftənin əvvəlindən etibarən "Azərenerji" rəhbəri Babarza Rzayev Vüqar Əhmədovdan quruma aid borcun ən qısa zamanda ödənilməsini tələb edib. Rzayev həmkarına məsləhətlər də verərək 100 milyonla ölçülən debütor borcun hansı əsaslarla yaranmasını cənab Əhmədovdan öyrənməyə çalışıb. Məsələ barədə ölkə başçısına raport hazırlanmasını təklif edib. Nəticədə, ötən gün gecə saatlarından tabeli şəxslərlə onlayn konfranslara başlayan Əhmədov baş verənlərdən və nöqsanlarından sıyrılmaq üçün cəhdlər edir.

Məlumata görə, "Azərenerji" rəhbərinin xüsusi tapşırığı əsasında borc qalmaqalının daha da böyüdülməməsi üçün qabaqlayıcı və süni tədbirlər görülür. İddia edilir ki, hazırda "Azərişıq" ASC-nin "Azərenerji" yə 1 milyard manatdan çox borcu var.
Mövzu ilə əlaqədar daha geniş və səhih bilgiləri tezliklə təqdim etməyə çalışacağıq...
Qurumların mövqeyi maraqlı olardı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru