"Ay nazir, Yardımlı TKQ-nı Zaman Verdiyevin yaxın qohumları dağıdır" - Bu da yeni faktlar

11-06-2021, 00:00           
"Ay nazir, Yardımlı TKQ-nı Zaman Verdiyevin yaxın qohumları dağıdır" -
"Aztelekom" MMC-nin tabeli qurumu olan Yardımlı Telekommunikasiya Qovşağında baş alıb gedən özbaşınalıq deyəsən kimsəni maraqlandırmır. Ard-arda qurumun yerli nümayəndəliyi barədə təkzibedilməz cinayət xarakterli faktlar yazıb ictimailəşdirsək, dövlət qurumlarına göndərsək də nə MMC-nin başbilənlərindən səs çıxmır, nə də digər inzibati qurum yetkililəri hərəkətə gəlmir. Əksinə, Yardımlı üçün doğrudan da telekommunikasiya "dəllalı"na çevrilmiş Fərail Ağayev hər gün kollektivi təlimatlandıranda dişlərini ağardıb təkəbbürlə öz nöqsanlı əməllərini davam etdirəcəyinin sevincini yaşayır. Eyvallah, qoy belə olsun!
"Demokratik.Az" saytına daxil olan yeni məlumata görə, bu etinasızlığın əsas səbəbi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin I müavini Zaman Verdiyevin Yardımlı TKQ-da çalışan yaxın qohumlarına uzanır. Yenicə məlumat aldıq ki, sən demə, Fərail Ağayevin anbardarı (yaxın dostu) Mirhüseyin Mirzəyev "Aztelekom"un rəhbərliyindəki Zaman Verdiyevin bacısının həyat yoldaşı Ənvər Abbasovla dayıoğlu-bibioğludur. Bildirilir ki, qohumluq naminə Zaman Verdiyev bacısının xahişlərini yerinə yetirərək M.Mirzəyevin özünü Yardımlı TKQ-da ambardar, oğlanlarından Nurlan Mirzəyevi TKQ-ya mühafizə rəhbəri, ambardarın digər oğlu Vəli Mirzəyevi isə idarədə elektromexanik kimi maaş alır. Vəli həm də ştatdankənar şəkildə idarənin NİVA markalı maşınlardan birini sənədsiz olaraq minib keyf çəkir.
Ötən yazılarımızda da qeyd etdiyimiz kimi, Yardımlı TKQ rəisi məhz anbardara güvənərək idarəyə ayrılan mal-materialı talayır. Zaman Verdiyevin qohumunun əli ilə küllü miqdarda məftillər, taxta və dəmçir dirəklər, istismardan çıxarılan mis tərkibli kabellər, hətta nişangah betonlar anbara mədaxil edilmədən həzm-rabedən keçirilir. Məlumata görə, Bakıdan idarəyə göndərilən mal-material da idarənin anbarına deyil, hər dəfə anbardarın özünün həyətyanı sahəsinə yaxın yerə boşaldılaraq yerbəyer edilir.

Böyük ehtimal, Zaman Verdiyevin qohumçuluğunu kəşf etməyimiz da heç nəyi dəyişməyəcək, əksinə Fərail Ağayevin Yardımlıdakı nöqsanlarını bərkidəcək. Amma biz müstəqil media olaraq öz borcumuzdan çıxır, informasiyaları paylaşır, NRYTN-in gənc nazirinə yenidən səslənirik: "Ay cənab nazir, Yardımlı TKQ-nı Zaman Verdiyevin yaxın qohumları dağıdır. Ölkə başçısı axı sənə etimad edib, bu nə laqeydlikdir sizdə?! Lal olmayın məncə, danışın, qorxmayın və deyilən ünvandakı özbaşınalıqlara dair əməli tədbirlər görün!"шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.