"Görəsən bizim səhiyyəmiz Onkologiya xəstələrini qəbul edən xəstəxanalar, ölümünü gözləyən xəstələri nə vaxta qədər soyacaqlar?"- Məşhur jurnalistdən ritorik sual...

30-07-2021, 15:47           
"Görəsən bizim səhiyyəmiz Onkologiya xəstələrini qəbul edən xəstəxanalar, ölümünü gözləyən xəstələri nə vaxta qədər soyacaqlar?"-
Heç inanmaq istəmirəm ki, Azərbaycan Dövləti, Səhiyyəsində onkoloji xəstələrə dərmanı pulla aldırır.
Ancaq hər dəfə bunun istəmədən şahidi oluram. Azərbaycan Beynəlxalq Bankının Qaradağ filialında bank əməliyyatındayam. Bir qadın operatorlardan xahiş edir ki, onun növbəsini qabağa salsınlar. Çünki xəstədir, dayana bilmir.
Teref.az xəbərverir ki, bunu araşdlrmaçı jurnalist Aida Eyvazova sosial şəbəkədə yazır.
Daha sonra Aida xanım yazır ki, bankdan pul çıxardacaq. İstəmədən qulaq müsafiri oluram. Canının ağrısından dərdini yanındakına danışır. Deyir ki, hər ay bir dənə amiroxsin dərmanı-kimya almaq üçün ona 1500 manat pul lazım olur. Soruşuram ki, bacı məgər onkoloji xəstəxanalar bu dərmanla sizi təmin etmir? Deyir yox, il yarımdır ölümümü gözləyə-gözləyə pensiyamı, oğlanlarımın və qohumlarımın verdiyi pulu yığıb ayda bir dəfə 1500 manata amoroksin(tibbi termində adı belədir) alıram. Oğlum Emin deyir ki, ana səni ölməyə qoymayacağam... Ancaq mən bilirəm ki, qara ciyərim dağım-dağımdır. Ancaq mən yenə nəyəsə ümid edib, hər ay bu qədər pulu boş yerə xərcləyirəm. Apteklərdən satılırmış bu dərman. Bəs görəsən həqiqətən Mili Onkologiya Mərkəzində belə dərman yoxdur? Görəsən bizim səhiyyəmiz Onkologiya xəstələrini qəbul edən xəstəxanalar, ölümünü gözləyən xəstələri nə vaxta qədər soyacaqlar? O onkoloji xəstələrdən aldığınız pulları evinizə, balalarınıza necə yedirirsiniz?
Qadın danışdıqca mən VƏTƏN adına, Zəfərimiz adına utanıram. Neft və milyonlar səltənətinin vətəndaşının puluna dövlətin səhiyyəsinin ehtiyacı olmamalıdır. Bu bazarı yığışdırmağın vaxtı çoxdan çatıb.
Şəkildəki qadının xəstəliyi üçün ayda 1500 manata aldığı dərmandır.Gün o gün olsun ki, DTX maskalıları bu xəstəxanaları, Səhiyyə Nazirliyini də şmon eləsinlər.
Aida Eyvazova
Teref.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.