Səttar Möhbalıyevin TƏKZİBİ və CAVABI- Böyükxanım Möhbalıyeva kimin həyat yoldaşıdır ?

29-09-2021, 07:16           
Səttar Möhbalıyevin TƏKZİBİ və CAVABI-
Səttar müəllim, Əli Həsənov kimin qudasıdır ?

Səttar Möhbalıyev, AHİŞ-in beynəlxalq əlaqələr departamentinin əməkdaşı Böyükxanım Möhbalıyeva kimin həyat yoldaşıdır ?


Həmkarlar Konfederasiyasının Gənclər Şurasının üzvü, qurumu xarici ölkələrdə təmsil edən Lalə Möhbalıyeva kimin qızıdır, Səttar müəllim ?


Qarabağ əlili Zaur Həsənovun Həmkarlar İttifaqının qarşısında özünü yandırması da bəlkə yalandır, Möhbalıyev ?


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev onun barəsində mətbuatda gedən məqalələri QƏRƏZLİ hesab edir və yazır:
Təəssüf hissi ilə bildiririk ki, BƏZİ XƏBƏR saytlarında Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətini ləkələyən, həqiqətdən uzaq, faktlara istinad etməyən QƏRƏZ qərəz dolu yazı dərc olunub. Bildiririk ki, Azərbaycan həmkarlar ittifaqları dəfələrlə bu səpkidə heç bir əsası olmayan yazılara cavab vermişdir və onların hamısı həqiqətdən tamamilə uzaqdır və böhtandır.
Mətbuatda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və onun sədri ünvanına səslənən fikirlərə cavab olaraq bildiririk ki...
AHİK özünün təməl prinsiplərindən və “Həmkarlar ittifaqları haqqında” qanuna əsaslanaraq əmək münasibətlərinin tənzimlənməsi, işçilərin əmək hüquqlarının qorunması, onların sosial müdafiəsinin, asudə vaxtının təşkili, müəssisə rəhbərləri ilə işçilər arasında əmək münasibətlərinin normal məcrada qurulması, yarana biləcək ziddiyyətlərin aradan qaldırılması, işçilərin qanuni mənafelərinin qorunması istiqamətində fəaliyyətini vicdanla yerinə yetirir. Təkcə son 3 ildə AHİK-ə müxtəlif mövzularda ümumilikdə 434 107 müraciət daxil olub və bunların 96%-i müsbət həllini tapıb. Bu illər ərzində 410 nəfər qanunsuz işdən çıxarıldığı üçün həmkarlar ittifaqları tərəfindən yenidən öz işinə bərpa olunub, 1257 nəfərin isə qanuna müvafiq olaraq, işdən çıxarılmasının qarşısı alınıb. Ümumilikdə statistikaya nəzər yetirsək, görərik ki, həmkarlar ittifaqları yüz minlərlə əmək adamlarının hüquqlarını müdafiəçisi olmuşdur.
AHİK sədrinin sanatoriyaların, pansionatların ərazisini sataraq bina tikdirməsi iddiası tamamilə yalandır. Belə ki, AHİK-in 8 sanatoriyası və bir müalicə pansionatı var. Sanatoriyalardan 6-sı ilboyu, 2-si isə mövsümi işləyir. Hər il həmkarlar ittifaqlarının minlərlə üzvü yollayışlarla təmin edilir, onların normal müalicəsi üçün hər cür şərait yaradılır. AHİK sədri mütəmadi olaraq KİV nümayəndələrinin iştirakı ilə həmkarlar ittifaqlarına məxsus olan sanatoriya-kurort müəssisələrinə baş çəkir, şəraitlə yerində tanış olur, müalicə və istirahətlərin necə təşkil edilməsi ilə maraqlanır. Qeyd edək ki, həmin sanatoriya və pansionatların heç birinin ərazisində yaşayış binaları tikilməmişdir.
AHİK sədrini qeyri-demokratik seçkilər və qohumluq əlaqələri vasitəsilə sədr seçilməkdə ittiham edənlər, unutmasınlar ki, AHİK sədri 1980-ci illərdən həmkarlar ittifaqlarında çalışır. O, ən ağır bir dönəmdə, çoxlarının məsuliyyətdən qaçdığı bir vaxtda - 1991-ci ildə Avtonəqliyyat və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının sədri seçilib. İşçilərin həmkarlar ittifaqlarında birləşdiyi istehsal müəssisələri, zavodlar, fabriklər fəaliyyətini dayandırmışdı, işsizlik artırdı. Belə bir vaxtda öncül həmkarlar ittifaqları liderləri sovet sistemindən qalma AHİŞ-i buraxmaq və yeni demokratik qurum yaratmaq qərarına gəldilər.
Bir sözlə, Səttar Möhbalıyevin bu TƏKZİB-i əməlli-başlı “bəy tərifi”dir.
Cənab Səttar Möhbalıyev !
Birincisi, deyirsən ki, BƏZİ XƏBƏR SAYTLARI…
Niyə konkret ad çəkmirsən..?
Çünki bilirsən ki, konkret ad çəksən, vəziyyət daha da müşkül olacaq.
İkincisi, deyirsən ki, ailə üzvlərimdən heç biri guya AHİŞ-də işləmir.
Səttar Möhbalıyev, 1960-cı il təvəllüdlü və AHİŞ-in beynəlxalq əlaqələr departamentinin əməkdaşı Böyükxanım Mirzə qızı Möhbalıyeva kimin həyat yoldaşıdır ?
Bəlkə, bunu da inkar edəsən ?
Möhbalıyev, 1988-ci il təvəllüdlü, Həmkarlar İttifaqları Konfederasiyasının Gənclər Şurasının üzvü, Konfederasiyanı xarici ölkələrdə bir qayda olaraq təmsil edən Lalə Möhbalıyeva kimin qızıdır ?
Üçüncüsü, deyirsən ki, mütəmadi olaraq həmkarlar ittifaqlarına məxsus olan sanatoriya-kurort müəssisələrinə baş çəkirəm…
Əsas məsələ baş çəkmək deyil ee, nə məqsədlə baş çəkirsən, cənab Möhbalıyev ?
Möhbalıyev, deyirsən ki, Vətən Müharibəsi əlillərinə pul xərcləmisən.
Möhbalıyev, Həmkarlar İttifaqının qarşısında özünü yandıran II qrup Qarabağ əlili Zaur Həsənov yadından çıxıb ?
Qarabağ əlili özünü yandırmazdan əvvəl bildmişdi ki, mülkiyyət hüquqları Həmkarlar İttifaqı tərəfindən ciddi şəkildə pozulub.
Qarabağ əlilinə verilən torpağı Həmkarlar İttifaqı onun əlindən almışdı.
Özünü yandıran Qarabağ əlilinin son sözü yadındadır, Möhbalıyev:
“ Özümü yandırmağımla bağlı verdiyim qərar qətidir. Evim bankda girovdadır və satışa çıxarılıb. Həmkarlar İttifaqının rəhbəri, millət vəkili Səttar Möhbalıyev evimi əlimdən aldı. Ona görə də Həmkarlar İttifaqının qarşısında özümü yandıracam”.
Bunlar yalandır ?
Bəlkə, qərəzdir, Möhbalıyev ?
Davam edək, Möhbalıyev ?
Bəlkə, Əli Həsənovla quda olmağın da yalandır ?
Növbəti yazılarımızda Səttar Möhbalıyevin yaxın qohumlarının Kurort Səhmdar Cəmiyyətindəki vəzifələrindən bəhs edəcəyik.
gundelik baki.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.