Təhsil Nazirliyindən Pensilvaniyaya uzanan əl: Cəsarət Valehovu FETO çetesi ilə nə bağlayır?

19-10-2021, 18:41           
Təhsil Nazirliyindən Pensilvaniyaya uzanan əl:
Azərbaycanda dövlət qurumlarının mətbuat katibləri arasında ən passivi, media ilə düzgün iş qura bilməyənlərinin adları hazırlansa, uzun bir siyahı çıxar. Lakin elə həssas sahələr var ki, onların mətbuat xidmətləri qarışqa kimi işləməlidirlər.

Xüsusən sosial media plaformalarının sürətlə inkişaf etdiyi dövrdə nazirliklərin mətbuat xidmətləri dövrlə ayaqlaşmağı bacarmalıdırlar.

Bu mənada hüquq-mühafizə orqanlarının mətbuat xidmətləri müsbət fəaliyyəti ilə seçilsələr də, eyni sözləri humanitar sektor haqda söyləmək çətindir. Özəlliklə Təhsil Nazirliyinin adını çəkmək lazımdır.

Ölkədə ən başıbəla, ən problemli, dərdləri bir deyil, beş deyil olan təhsil sahəsi ilə bağlı nazirliyin mətbuat katibi gecə-gündüz bilmədən çalışmalıdır. Amma biz nə görürük - Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov mürgüləyir.

O, hələ keçmiş nazirin dövründə də beləydi, indiki nazir Emin Əmrullayevin vaxtında da passiv fəaliyyət göstərir. Rubrika.Az yazır ki, C.Valehov qəlibdən çıxmaq bilmir, standart, şablon iş görür, ara-sıra rəsmi məlumatlar yayır. Hətta nazir ondan daha aktiv sayıla bilər, ən azı vaxtaşırı agentliklərə, televiziyalara müsahibə verir.

Mətbuat katibi isə jurnalistlərin suallarına operativ cavab verməli, sorğuları dərhal cavablandırmalı, sosial şəbəkələrdə nazirliyin səhifələrini yaradaraq aktiv iş aparmalı, nöqsanları görməli, hansısa təhsil ocağında baş verən neqativlə bağlı açıqlama verməlidir.

Ancaq C.Valehov olduqca cəsarətsiz bir mətbuat katibi kimi diqqət çəkir, bir çox hallarda medianın suallarını cavablandırmır, telefonlarını açmır, açdıqda isə yola verir və sorğular günlərlə cavabsız qalır, sonra hansısa rəsmi agentlikdə bir xəbəri çıxır.

Yəni təhsildə yenilikdən danışan, müasirlikdən söz açan nazir E.Əmrullayev mətbuat xidmətinin fəaliyyətini də günümüzə uyğun qurmalıdır. Amma C.Valehov tur firmanın bələdçisi kimi qabağa düşüb ayda bir dəfə nazirliyə yaxın, TN-lə işləyən medianı rayonlara səfərlərə aparır, gəzdirir, formal, rəsmilikdən kənara çıxa bilməyən mənasız mediatur təşkil edir.

Hələ o da istisna deyil ki, həmin mediatur vasitəsi ilə C.Valehov nazirlikdən nə qədər pul çırpışdıra bilir.

Hər halda jurnalistlərin aparılması, yol xərcləri, ziyafət məsrəfləri nazirlik tərəfindən ödənilir. Amma C.Valehov E.Əmrullayevdən kim bilir nə qədər alıb, nə qədərini xərcləyir.

Ümumiyyətlə, nazir bir Avropa görmüş kadr kimi diqqət yetirsə, bu cür mediturların əhəmiyyətsiz olduğunu, C.Valehovun işinin öhdəsindən gələ bilmədiyini görməlidir. Yəni bu şablonluqla hara gedirsiz?

Üstəlik, C.Valehov həmin şəxsdir ki, öz adamlarını vəzifələrə yerləşdirməklə məşğuldur. Görəsən nazirin bu faktdan xəbəri varmı? Məsələ budur ki, Bakı şəhər Təhsil İdarəsini ümumtəhsil şöbəsinin müdiri Fuad Babayev Cəsarət Valehovla qohumdur. F.Babayevin şöbə müdiri vəzifəsinə gətirilməsində mətbuat xidməti rəhbəri olan qohumunun böyük rolu olduğu iddia edilir.

Görünür ki, C.Valehov nazirlikdə tutduğu vəzifədən istifadə etməklə traybalizmi, yəni tayfaçılığı, regionçuluğu, ailə podratçılığını inkişaf etdirməkdə maraqlıdır.

Ümumiyyətlə, onu demək lazımdır ki, C.Valehov nazirliklərin mətbuat katibləri arasında fəaliyyəti müəmmalı olan yeganə şəxdir. Bunu təsadüfən söyləmirik.

Xatırlayırsınızsa, bir neçə il qabaq C.Valehov nazirlikdəki işindən ayrılaraq ABŞ-a köçmüş, orada təhsil almağa getdiyini açıqlamışdı. Sonra Amerikada yaşayan Valehov yenidən ölkəyə qayıtdı və nazirlikdə işini bərpa etdi.

Belə iddialar səslənir ki, C.Valehovun ABŞ-da gülənçi azərbaycanlılarla əlaqəsi olub. İddialara görə, Pensilvaniyada mənzillənmiş FETO lideri, Azərbaycanda təhsil və iqtisadi sektorda vaxtilə şəbəkə qurmuş Fətullah Gülənin hələ də çetesində bəzi azərbaycanlılar var.

Məsələn, onlardan biri keçmiş PA məmuru Elnur Aslanovun adını qeyd etmək olar. Azərbaycanda feto-çu şəbəkəni demək olar sıradan çıxarılsa da, müəyyən ipuclarının qalması haqda arabir mediada mülahizələr səslənməkdədir.

İddialardan biri də budur ki, C.Valehov ABŞ-da təhsil aldığı dönəmdə həmin azərbaycanlı FETO qanadı ilə yaxınlıq edib. Bu əlaqələrin nədən ibarət olduğu, hansısa fəaliyyətə hesablandığı deyilmir.

Sadəcə, bu cür iddialar səslənir və biz də nə dərəcədə səhih olduğunu söyləyə bilmərik. Amma müəmmalıdır ki, C.Valehov daha sonra Azərbaycana döndü.

Bu xəttin araşdırılmasına hər halda zərurət var. Hər şeydən öncə isə təhsil naziri mətbuat xidmətinin işini bir refreş etməli, yenidən qurmalıdır. Demədi, deməyin...

ƏLƏDDİN
Müstəqil jurnalist
rubrika.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.