Goranboy sakini bələdiyyələrin yarıtmaz fəaliyyəti ilə bağlı Prezidentə müraciət etdi - Qızılhacılı bələdiyyəsinə yığılan pullar hara xərclənir ?

20-10-2021, 07:11           
Goranboy sakini bələdiyyələrin yarıtmaz fəaliyyəti ilə bağlı Prezidentə müraciət etdi
Bütün dünyada bələdiyyələr yerli idarəetmə orqanı kimi geniş nüfuza malikdir. Yəni kənd, qəsəbə, şəhər sakinləri seçdikləri bələdiyyələr vasitəsilə yerli problemləri həll edirlər.
Təəssüf ki, bizim bələdiyyələr üzərlərinə düşən vəzifələri yerinə yetirmirlər.
Hətta cənab Prezidentin təşəbbüsü ilə bələdiyyələri ayağa qaldırmaq üçün dəfələrlə bələdiyyələrə xeyli dövlət vəsaiti ayrılıb.
Yenə təəssüf ki, bizim bələdiyyələrin adı cəmiyyət arasında daha çox torpaq satan qurum kimi hallanır.
Və buna görə də sakinlərin bələdiyyələrdən etdikləri şikayətlər bitib-tükənmək bilmir.
Gundelik-bakıya daxil olan şikayətlərdən biri də Goranboy rayonunun Qızılhacılı qəsəbə bələdiyyəsi ilə bağlıdır.
Müraciət Goranboy rayonu Qızılhacılı qəsəbə sakini Eminov Neman Bayram oğlu tərəfindən ( əlaqə tel: 0704063576 və 0515581470 )

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Birinci vitse prezidenti xanım Mehriban Əliyevaya, Ədliyyə nazirliyinə, Bələdiyyələrlə İş Mərkəzinə, Hesablama Palatasının sədri cənab Vüqar Gülməmmədova və Fövqəladə Hallar naziri cənab Kəmaləddin Heydərova, Ədliyyə nazirliyinin Gəncə regional ədliyyə idarəsinə ünvanlanıb.
Şikayət xarakterli müraciəti olduğu kimi dərc edirik:
Möhtərəm Cənab Prezident!
Çox hörmətli 1-ci vitse prezident!
Goranboy rayonu Qızılhacılı qəsəbə bələdiyyəsinin iş fəaliyyəti çox yarıtmazdır, qurumda vəziyyət acınacaqlı bir haldadır.
Qızılhacılı qəsəbə bələdiyyəsinin sabiq sədri Məzahir Allahverdiyevin “ BAZARKOM missiyasını” 2020-ci ilin dekabr ayından Səbinə Həsənova davam etdirir.
Bu xanım bələdiyyə sədrinə sual edən, iş fəaliyyətini yoxlayan, araşdıran yoxdur ki, 1 ilə yaxındır ki, bələdiyyə sədrisiniz, hesabat ver görək bu müddət ərzində qəsəbə üçün hansı işləri görmüsünüz, qəsəbənin hansı qazisinə, şəhidinin ailəsinə bələdiyyə hesabına yardım etmisiniz? Görəsən bələdiyyənin hesabına ödənilən pullar hara və kimlərin cibinə gedir ?
Havaya sovrulan bu pullardan nə səbəbə qəsəbənin problemlərinə sərf olunmur?
Qəsəbədə iki nəfər şəhidin, bir nəfər Milli qəhrəmanın adını daşıyan üç körpələr evi fəaliyyət göstərir. Bu körpələr evində adicə su krantı yoxdur. Körpələr evinin işçiləri evlərindən “baçok”la su daşıyırlar. Dövlətimiz sağ olsun ki, körpələr evini hər bir avadanlıqla təmin edir.
Məsələn, körpələr evinə təzə paltaryuyan maşınlar verilsə də, su tapmırlar ki, bu maşından istifadə etsinlər.
Şəhid Nəsib Məmmədov adına 1 saylı uşaq körpələr evi bu qəsəbənin qəzalı vəziyyətdə olan 1 saylı tam orta məktəbinin qəzalı binasına sığınıb, belə bir qəzalı binada körpələr evi fəaliyyət göstərir. Və burada nə su krantı, nə də hovuzu yoxdur, şəraitsiz bir yerdir.

Əslində bu körpələr evinin yeri başqa binada idi, həmin bina uçurulub, dağıdılıb və bu günə kimi həmin yerdə yeni körpələr evi tikmirlər.
Qəsəbənin 2 saylı körpələr evində də su krantı yoxdur, hovuz olsa da doldurmaq üçün maddi vəsait çatışmır. Qəsəbənin 3 saylı körpələr evində isə işçilərin öz hesabına az da olsa şərait yaradılıb.
Bəs görəsən Qızılhacılı qəsəbə bələdiyyəsi hara baxır ? Adicə bir su krantını körpələr evinə çəkdirmir.
Niyə bələdiyyə yığdığı pullardan bu məqsədlə xərcləmir ?
Regionların sosial iqtisadi inkişaf proqramına əsasən Möhtərəm Cənab Prezidentin tapşırığı ilə bizim Qızılhacılı qəsəbəsinin yolları asfaltlandı. Çox təəssüflər olsun ki, belə bir qəsəbənin yollarının kənarlarında işıqlar yoxdur, yollar zülmətdir.
Qəsəbə üzrə ərazi icra nümayəndəliyi, bələdiyyə hara baxırlar?
Möhtərəm Cənab Prezident !
Bu qaranlıq yollara işıqlar çəkilməli, körpələr evinə su krantları çəkilməlidir.
Cənab Prezident !
Sizdən xahiş edirəm yuxarıda qeyd etdiyim məsələləri nəzarətə götürəsiniz. Və Goranboy rayonu Qızılhacılı qəsəbə bələdiyyəsinin son bir ilə yaxın müddətdəki iş fəaliyyətinin yoxlanılması, araşdırılması üçün aidiyyatı qurumlara tapşırıqlar verəsiniz.
QEYD: Dəyərli millət vəkillərimiz Cənab Ağalar Vəliyevə, Cənab Anar Məmmədova goranboylu olaraq öz dərin minnətdarlığımı bildirirəm ki, rayonumuz üzrə şəhid, qazi ailələrinə baş çəkirlər, görüşürlər, əllərindən gələn köməkliyi göstərirlər. Şəhidlərimizin il dönümlərində iştirak edirlər. Çox sağolsunlar.
P.S Novbəti yazımızda Goranboy Rayon İcra Hakimiyyətindən geniş araşdırma yazımız olacaq.

Əvvəlcədən təşəkkür edirəm.
Hörmətlə, Eminov Neman Bayram oğlu 17.10.2021












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.