Cəlilabadın deputatı və icra başçısından şəhidlərə hörmətsizlik

12-04-2016, 00:36           
Cəlilabadın deputatı və icra başçısından şəhidlərə hörmətsizlik
Bu tip yazılara önəm vermirik... ona görə ki, əsgər və zabitlərimizdə ruh düşkünlüyü yaşanmasın!

Bu tip yazılara saytımızda yer vermirik...Ki bəlkə də yanlış və şou xarakterli bu kimi yazılar jurnalistika qanun-qaydalarına xələl gətirir. Amma və lakin...

Miq.az-a daxil olan informasiya yuxarıda yazdığımız və abır-həya ilə gözlədiyimiz jurnalistika qanunlarını da alt üst etdi, insanlıq qanunlarını da.

Cəlilabadın icra başçısı və adıçəkilən rayonun deputatı olan Malik Həsənovdan mətbuatda çox yazılar yazılıb. Çox təəssüflər ki, yadda mənfi əməlləri ilə qalan bu iki şəxsin dünən Cəlilabad rayonunda etdikləri hərəkətlər barədə redaksiyamıza daxil olan informasiya bizi məyus etdi...Və Cəlilabad kimi bir rayonun millət vəkilinin və prezidentin səlahiyyətli nümayəndəsinin atdıığı addımlara təəssüflənməyən insanın da DNT analizinə ehtiyacı var...

Belə ki, hər şey şəhidin dəfnindən sonra baş verib.

Cəlilabadda şəhid dəfn olunduqdan sonra Malik Həsənovla Əziz Əzizovun qurduqları kef məclisində deyilən sağlıqlarla işimiz yoxdur...
Heç millət vəkilinin nə vaxtsa sillə- təpik altına saldığı icra başçısının müavinin onlara necə qulluq etmələri də bizi maraqlandırmır.

Maraqlı nüans isə Azərbaycan ordusunun bu qədər şəhid verərkən bu iki şəxsin - millət vəkilinin və icra başçıslarının alovlu nitqlərini, yanğılı statuslarını, alovlu çıxışlarını gözlədiyimiz halda Cəlilabadın düz ortasında qurduqları məclisə çox təəssüfləndik...

Malik Həsənovla Əziz Əliyev hansı restoranda BARdaş qurdular?

Hansı şəhidin dəfnindən sonra içki məclisi quruldu?

Məclisdə söhbət kimdən və nədən getdi? Bu barədə gələn sayımızda... İndi gəlin görək Malik Həsənov kimdir?


Malik Həsənov YAP-ın "faydasızlar” siyahısında

"Hacı” kimi tanınan M.Həsənovla bağlı narazılığın olduğunu, YAP-ın dairələrdə seçkiöncəsi apardığı araşdırma da təsdiqləyib. M.Həsənovun deputatlığının hakim partiya üçün faydasızlığı YAP-ın yuxarı təbəqələrində də ciddi müzakirə mövzusudur. M.Həsənov isə yaxın ətrafına və dostlarına yenidən deputat olacağı barədə mesajlar verir və bu məsələdə təbii ki, komitə sədri olan qardaşına güvənir. Sabiq nazir Fərhad Əliyev və qardaşı Rafiq Əliyevin ölkədən getməsi Malik Həsənovun rahat nəfəs almasına imkan versə də, məlumata görə, deputatın rayona gedəndə camaat üzünə çıxa bilməməsinin bir səbəbi də Əliyev qardaşlarına etdikləridir. İddia var ki, M.Həsənov hətta xarici səfərlərə tək getməkdən ehtiyyat edir və bunu "Fərhadgildən nə desən çıxar” deyə izah edir. Avqustun 5-dən sonra icra başçıları ilə bağlı iqtidarın sərt qərarlar verməyə hazırlaşması M.Həsənovun "şəriki" Əziz Əzizovu da ciddi narahat edib. Uzun illərdir ki, Cəlilabadın icra başçısı olan Ə.Əzizov Həsənovların "çörəyini” yediyini deyir və onlara sadiqdir.

Cəlilabadın əsas gəlirli obyektləri və istehsal müəssisələrini Əzizov Malik Həsənovla birgə işlədir. Amma mediada yayılan xəbərlərə görə, cəlilabadlılar "Malik Həsənov bizim üçün nə etdi ki, onu yenidən seçək” deyir. Xəbərlər var ki, Kərəm Həsənovun bəzi hakimiyyətdaxili qruplaşmalarla münaqişə vəziyyətində olması ona yaxşı perspektiv vəd etmir. Hakimiyyət elitasında xüsusi söz sahibi olan nazirlərlə qarşıdurma, onların bəziləri ilə hətta məhkəmədə çözülən əmlak mübahisəsi komitə sədrinin mövqeyini xeyli dərəcədə laxladıb.
P.S Mövzu ilə bağlı daha geniş araşdırma yazısı növbəti yazımızda...
Bu iki şəxsin diqqətinə şəhid dəfnində iştirak edən insan selinin kadrlarını bir-bir təqdim edirik:
teref.az olaraq qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!
teref.az



















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.