Yeni bələdiyyə sədrinin köhnə işləri…
12-04-2016, 00:40

Bu ölkədə məmir olmaq üçün insanlar dəridən qabıqdan çıxır. Məmur olmaq üçün hər cür vasitələrə əl atanlar istəklərinə nail olduqdan sonra sadə vətəndaşlar üzərində hökm etməkdən zövq alırlar.
Bunlar azmış kimi hətta vətəndaşın hüquqlarını tapdalamaqdan çəkinmir, hər cür vasitələrlə insanların cibini soymağa çalışırlar.
AzToday.az xəbər verir ki, Sumqayıt şəhər bələdiyyəsinin sədrliyinə yeni şəxs gətirilir. Hamıya məlum olduğu kimi bələdiyyə özünü idarə orqanı olaraq seçkili bir qurumdur. Yəni hər hansı bir ölüm və yaxud başqa bir səbəb olmasa hər bir bələdiyyə üzvü 5 il müddətində fəaliyyət göstərməlidir.

Zakir Fərəcov hələ neçə illər əvvəl bundan qabaq Sumqayıt şəhər bələdiyyəsinin sədri olanda Əbülfəz Babayevlə heç də yaxşı münasibətdə olmayıb. Zakir Fərəcovun Abşeron rayon İcra Hakimiyyətinə başçı təyin edilməsindən sonra Əbülfəz Babayev onun Sumqayıtdakı bir sıra qanunsuzluqlarının üstünü açdı və nifaq da burdan başladı. Son bələdiyyə seçkilərində Zakir Fərəcovun Sumqayıt şəhər bələdiyyəsinə əl atmaq cəhdi boşa çıxdı. Ən yaxın qohumunu Sumqayıt bələdiyyəsinə təyin etdirə bilməyən Zakir Fərəcov istəyinə başçı keçən kimi nail oldu.
Hazırda Sumqayıt şəhər bələdiyyəsinin sədri vəzifəsini Zakir Fərəcovun yerlisi, bir müddət əvvəl sözügedən idarədə sədr müavini işləmiş Sultan Əsədov tutub.
Bu həmin Sultan Əsədovdur ki, üzun müddət Sumqayıt şəhər Vətəndaşlara Xidmət İdarəsinin rəisi vəzifəsində çalışıb və Mənzil Kommunal Təsərrüfat Birliyinin sədri olan Zakir Fərəcovla münasibətləri oradan qurulub.

Bütün bunlar azmış kimi Sultan Əsədov jimayəçisi Zakir Fərəcov kimi işə başlar-başlamaz Sumqayıt bələdiyyəsinə öz yerlilərini yerləşdirməyə başlayıb.
Bu nə dərəcədə qanunauyğun bir haldır? Yerliçilik, tayfabazlıq kimi neqativ hallara uol verməməyi demək olar ki, bütün çıxışlarında ölkə başçısı məmurlara xatırladır.
Hələ Sultan Əsədovun keçmişdə gördüyü bir sıra işləri barədə əldə etdiyimiz məlumatları geniş ictimaiyyətə açıqlamırıq.
İnsanın tutduğu vəzifəyə, oturduğu kresloya bütün lazım olan parametrlərə bərabər mənəvi haqqı da olmalıdır. Zakir Fərəcovun bir yerli kimi, Sultan Əsədovu bələdiyyə sədri görmək istəyi başa düşüləndir. Amma Sultan Əsədovun bu vəzifəni tutmağa haqqı nə dərəcədə çatır?