Buda onların axırıncı "oyunu": Ağır xəstə olan aprel qazisinə 3 qrup əlilik verən komisiya, sabahısı ölümünü bilib 2 ci qrup verdi.....

11-05-2022, 08:29           
Buda onların axırıncı "oyunu":
"Ölüm yatağında olan qazi Həzrətov Aydının ailəsi ona 3-cü qrup əlillik verilməsinə etiraz edir, yenidən komissiya tələb olunur, ona yenə də 3-cü qrup əlillik təyin edilir və qazi çəkiliş zamanı (28 aprel) dünyasını dəyişir."
Teref.az yazır ki, bunu sosial şəbəkə istifadəçisi Elyar İslamoğlu öz prifilində yazır. Daha sonra Elyar İslamoğlu öz profilində yazır:
"Ölümündən bir gün sonra (29 aprel) qazinin telefonuna 3-cü qrup əlillik təyin olunduğu haqda mesaj göndərilir. Sonra 3-cü qrup əlillik təyin edilən qazinin çəkiliş zamanı dünyasını dəyişdiyi videosu bütün ölkəyə yayılır, qaziyə qarşı şərəfsizlik edənlər söyülür, lənətlənir.
...və möcüzə baş verir, dərhal sistemdə qazinin qrupu dəyişdirilir.
Sual yaranır, qazinin telefonuna ölümündın bir gün sonra göndərilən mesaj nədir bəs ay erməni qədər təhlükəli olan içimizdəki düşmənlər?"
Teref.az xatırladır ki, Aydın Həzrətov Aprel döyüşləri zamanı leytenant rütbəsi ilə hava hücumundan müdafiə üzrə tağım komandiri olub. Tərtərdə gedən döyüşlər zamanı mərmi partlaması nəticəsində zərbə dalğasından xəsarət alıb. Buna baxmayaraq leytenant xidməti davam etdirib.

Aydın Həzrətova müharibədən sonra baş leytenant rütbəsi verilib. 2020-ci ildə müayinə zamanı beynində bədxassəli şiş olduğu üçün müalicəyə cəlb olunub. Həkimlərin rəyinə görə xidmət dövründə beynində xəstəliyə yoluxub.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.