Bağça biznesinə KİM NƏZARƏT EDİR... - Bundan əvvəl də...

29-06-2022, 11:48           
“Azərbaycan məktəbləri əsl poliqona çevrilib. "Georgi lenti" tədbirindən sonra dini mahnıların oxudulması gəldi. Nazirlik Bakı şəhəri 164 nömrəli məktəbin direktorunu alqışladı, Yevlax şəhər 1 nömrəli məktəbin direktoruna isə töhmət verildi. Bunlar təsadüfən qeydə alınanlardır. Məktəbə yaraşmayan hərəkətlərin sayı-hesabı yoxdur. Məktəb monopolistlərinin hər biri öz direktorunu qoruyur”.

Qeyd edək ki, bunu deputat Etibar Əliyev deyib.

“Bakı məktəb direktorlarının bildirdiyi kimi, bir məktəb monopolisti də var, lakin onu gizlədirlər. BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə. Yuxarıdakı dost və aşnalarına arxalanaraq idarə içində idarə yaradıb. Baxça monopoliyası da ona verilib. Deyirlər ki, “kəsdiyi başa zaval yoxdur”. Direktor təyinatı məsələsini anındaca həll edir...Fuad Babayevlə rəqabətdə irəli də keçə bilib. Məktəbi dağıdanlardan qoruyaq!” – E.Əliyev qeyd edib. (Pravda)
Bağça biznesinə KİM NƏZARƏT EDİR... -
DİA.AZ bildirir ki, Xəyalə Əhmədzadənin adı buna qədər də müxtəlif qalmaqallarda hallandırılıb. BŞTİ-nin müdir müavini postunu tutan Xəyalə Əhmədzadə bu təyinata qədər Səttar Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyada direktor müavini və direktor vəzifələrində çalışıb.

Elə köhnə vəzifəsində Xəyalə xanımın barəsində yetərincə şikayətlər mövcud olsa da, onu cəzalandırmaq əvəzinə, ona vəzifə verildi. İndi isə deputatın dediklərindən belə anlaşılır ki, Xəyalə xanıma təkcə vəzifə yox, həm də biznes imkanı da verilib.

***

DİA.AZ qeyd edir ki, Əhmədzadə Xəyalə Fərhad qızı 1980-ci ildə Bakı şəhərində anadan olub.

1999-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini bitirib.

1999-cu ildən pedaqoji fəaliyyətə başlayıb. Bakı şəhəri 272 nömrəli tam orta məktəbdə və Bakı Atatürk liseyində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib.

2014-2020-ci illərdə Səttar Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyada direktor müavini və direktor vəzifələrində çalışıb.

Təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsinin qalibidir.

Azərbaycan Respublikası təhsil nazirinin 2021-ci il 2 mart tarixli əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin edilib.

Ailəlidir, 4 övladı var.

***

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.