Qazi Bərdədə vaqonda gecələyir: "Vidadi İsayevlə Vaqif Həsənov dağda qızlarla şellənməkdədir..."

29-06-2022, 12:43           
Qazi Bərdədə vaqonda gecələyir:
Qarabağ qazisi Sadiq Əliyev Vətən uğrunda döyüşməsinin "mükafatı" olaraq Bərdə rayonunda yük vaqonunda yaşamağa məhkum olub. Döyüşlər zamanı iki dəfə yaralanmış qazinin sözlərinə görə hazırda Bərdə dəmiryol vağzalında olan yük vaqonunda gecələyir. Medallarla təltif olunan qazimiz bildirir ki, kaş şəhid olardı, heç olmasa anası normal şəraitdə yaşayardı. Anaxeber.info bildirir ki, prezident İlham Əliyevə müraciət edən Vətən müharibəsi qazisi S. Əliyev Bərdə rayon icra başçısı Vidadi İsayevin də, Ağdam rayon icra başçısı Vaqif Həsənovun da qəbullarında olub. Amma heç bir nəticə verməyib. Qazi deyir ki, hələ bu azmış kimi Ağdamın icra başçısı nalayiq ifadələr işlədib və dilə gətirilməsi ağır olan sözlər deyib: "Vaqif Həsənov dedi ki, bezmişik bu şəhid ailələrindən, qazilərdən... Deyir ki, cəhənnəm olub çəkilib bir kənarda dayanmırlar. Günah onlarda deyil. Amma Vidadi İsayev və Vaqif Həsənov bilsinlər ki, bu vətəni biz qorumuşuq, onun qeyrətini biz çəkmişik, amma onlar xalqla, bizimlə maraqlanmaq əvəzinə öz keflərindədirlər". Qazi vaqonda yaşamasına görə hər kəsdən narazılıq etməyə haqlıdır. Onun üsyan dolu çıxışı göstərir ki, yerlərdə məmurlar qaziləri, şəhid ailələrini Prezidentin üstünə qaldırırlar. V.İsayev və V. Həsənov qazini o həddə çatdırıb ki, ən aqressiv şəkildə səsini ucaldıb. Qazi tam haqlıdır, amma görünür ki, icra başçıları onun problemini həll etsəydilər, məsələ bu yerə gəlib çıxmazdı. Ümumiyyətlə, Bərdənin və Ağdamın icra başçıları qazilərə, şəhid ailələrinə həmişə laqeyd münasibət bəsləyiblər. V. İsayev o adamdır ki, şəhid xanımını qapıdan qovub. Ona görə qazini Bərdə vağzalında yük vaqonunda yaşamasına göz yumması təəccüblü deyil. Amma V. İsayev, Bərdədə qaziyə birotaqlı mənzil vermək nə çətin iş idi? Bəs, V.Həsənov qaziyə bir torpaq ayırmaq, ona ev tikməyə kömək etmək olmazdı? Dövlətin pullarını mənimsəyə, özünüzə biznes, təsərrüfat qura bilirsiniz, bir qazini evlə təmin etməyə gələndə qarnınız ağrayır? Niyə sizə görə bütün dövlətdən narazılıq olmalıdır? Orada işinizin adı nədir? Sizi təyin ediblər ki, vətəndaşın problemi yerində həll olsun, mərkəzə gəlib çatmasın, amma harınlamış məmurlar nəinki qazini vaqonda yaşamaqdan xilas etmir, hələ bir Ağdamın başçısı "bezmişik sizdən" deməklə təhqir də edir. Amma Ağdamın icra başçısı Vaqif Həsənov Qarqar çayının Ağdam rayon Əfətli və Yusifcanlı kəndləri arasından keçən hissəsində qanunsuz karxana işlədə bilir, qaziyə ev üçün köməklik etmir. Bir sözlə, məmurlar qudurğanlıq etməklə, qazi və şəhid ailələrini aşağılamaqla təkcə özlərinə deyil, dövlətə qarşı gərginlik ocağı yaradırlar. Hakimiyyət Bərdə və Ağdam icra başçılarının şantaj, sabotaj əməllərini araşdırsa yaxşıdır.



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.