Dövlət qurumlarının milyonluq tenderlərdə qalib etdiyi şirkət cəzalana bilər - Sahibi görün kimdir

28-09-2022, 08:46           
Dövlət qurumlarının milyonluq tenderlərdə qalib etdiyi şirkət cəzalana bilər -
"Euroline" QSC məhkəməyə verilib.

32gun.az-ın əldə etdiyi məlumata görə, buna səbəb Yol Hərəkəti Qaydaları Əleyhinə Olan İnzibati Xətalardır.

Belə ki, "Euroline" QSC barəsində İnzibati Xətalar Məcəlləsinin 348-ci maddəsi ilə protokol tərtib olunub.

Məhkəmə işi Şəki Rayon Məhkəməsinin hakimi Pərviz Hacıyevin sədrliyi ilə baş tutacaq.

Xatırladaq ki, "Euroline" QSC dəfələrlər nazirliklərin və dövlət qurumlarının milyonluq tenterlərinin qalibi olub.

Belə ki, sözügedən şirkət 2020-ci ildə "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması üçün elan etdiyi tenderin qalibi olub. Dövlət qurumu Şəki rayonu ərazisində Kişçay, Şinçay, Daşağılçay və digər çaylarda (Kişçay bölməsi) sahilbərkitmə işlərinin satın alınması üçün "Euroline" QSC ilə müqavilə bağlayıb.

Müqavilənin məbləği 13 milyon 987 min manat olub.

Həmçinin 2022-ci il avqust ayında “Euroline” QSC Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) İsmayıllı rayonunun Zeyvə kəndi ərazisində, Muğanlı-İsmayıllı avtomobil yolunun 16-cı kilometrində “DOST evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin tikintisi ilə bağlı elan etdiyi tendirin qalibi seçilib - 5,5 milyon manat...

“Euroline” QSC bundan əvvəl "Azərsu" ASC-nin dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) çərçivəsində “Şəki şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” üzrə 22 828 327 manatlıq tenderini qazanıb (22.10.2021)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru