Lənkərançayı bulandıran şəxsin yalanları – Həbsdə olmalı olan memara sakinlər etiraz edir VİDEO

29-09-2022, 09:08           
Lənkərançayı bulandıran şəxsin yalanları –
Lənkəran çayın Təngivan kəndindən keçən hissəsi kənd sakinlərinin rahatlığını əlindən alıb.

Kəndlilər bir neçə il bundan öncə bu çaydan məişət işlərində istifadə edərdilər. Lakin sakinlərin sözlərinə görə yaxınlıqda inşa edilmiş Profco MMC bunu mümkünsüz edib. Profco MMC-nin rəhbəri Rəşad Əkbərov Toplum TV-yə açıqlamasında bildirib ki, sakinlər yalan deyir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Toplum TV-yə bildirilib ki, sözügedən şirkətin qanunları pozduğunu və toplanmış materiallar əsasında Baş Prokurorluqda araşdırma başladıldığını deyib.



Baş Prokurorluqdan isə Toplum TV-yə bildiblər ki, faktla bağlı araşdırma aparılır, ictimaiyyətə ətraflı məlumat veriləkdir. Profco MMC-nin rəhbəri Rəşad Əkbərov barəsində bu il martın 30-da Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Lakin 3 saat sonra azadlığa buraxılıb. Rəşad Əkbərov mətbuata açıqlamasında
“Ölkə rəhbərliyi bu məsələdə mənə köməklik etdi və hər şey öz qaydasına düşdü” – demişdi.

Təngivan kəndinin sakinləri isə memar Rəşad Əkbərovu yalan danışmaqda günahlandırıb.
Daha ətraflı video-sujetdə: //Toplum TV//













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru