Vasif Talıbov “Mercedes mybach” maşınını niyə almışdı və niyə satdı?

2-12-2022, 09:23           
Vasif Talıbov “Mercedes mybach” maşınını niyə almışdı və niyə satdı?
“Xan”ın Prezident yerişi yerimək arzusu puça çıxıb: “Mercedes mybach” maşınını satıb
“Qara Pişik” xəbər verir ki, “xan” həzrətləri gözünün prezident olmaq qurdunu öldürmək üçün “Mercedes mybach” maşını alıbmış. Nədən ki, Prezident İlham Əliyev o maşından sürür. “Xan” həzrətləri də dəstədən geri qalmamaq üçün eyni maşına eşqinə düşübmüş.
TEREF.AZ yazır ki, bunu ovqat.com saytının baş redaktoru Heydər Oğuz yazır. Heydər Oğuz daha sonra söylədikl
rini şərh edərək yazır:
Bəs bilirsiniz, bu maşının qiyməti nə qədərdir? “Qara Pişiy”ə inansaq, nə az, nə çox, tam 700 min dollar.
Xəbərin püf nöqtəsi bu da deyil. Sən demə, qibleyi-aləm “xanlıq” dövrünün yaxınlarda tamamlanacağını hiss etdiyindən maşını satıb. İddialara görə, “xan” həzrətlərinin “Mercedes mybach”ının sənədləri dünən Naxçıvan DYP-də düzəldilərək, Bakıya gətirilib. Maşının kimə satıldığı bilinmir.
“Bənava “xan” həzrətləri neyləsin? Yaxınlarda zorla əllərindən var-dövlətlərini aldığı Naxçıvanlılar gəlib haqlarını tələb etmək üçün onun boğazından yapışacaqlar. O da əlində nə var, satıb borclarını verməyə hazırlaşır”, - Qara Pişik belə deyir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru