Professor: "Düşünülmüş fırıldaq! Şəhərin mərkəzindəki ən qiymətli bina dövlətdən oğurlanıb!" - FOTO

6-02-2023, 09:54           
Professor: "Düşünülmüş fırıldaq! Şəhərin mərkəzindəki ən qiymətli bina dövlətdən oğurlanıb!" - FOTO
Bakının Bülbül prospekti, 8 ünvanında yerləşən gözəl ikimərtəbəli yaşayış binasında yüz ildən artıqdır ki, 1920-ci ildən fəaliyyət göstərən məşhur 2 saylı poliklinika var. Şəhərin tarixi üçün əvəzsiz olan monumental bina 1892-1893-cü illərdə alman memarı Yohan Edelin layihəsinə əsasən inşa edilib.

KONKRET.az xəbər verir ki, bu barədə İqtisad elmləri doktoru, Sankt‑Peterburq Dövlət Universitetinin və Baltik Turizm və Sahibkarlıq Akademiyasının professoru Elçin Əliyev Facebook-da yazıb.

Professor yazır ki, bir neçə il əvvəl həmin bu klinikada qadın məsləhətxanası açılıb.

“Çox yaxşı, əziz qadınlarımızın sağlamlığı əsasdır.

Lakin sonradan, ikinci mərhələdə, bir «əməliyyat» nəticəsində, konsultasiya qanuni olaraq qeydiyyatda olduqları və maaş aldıqları ana poliklinikadan ayrlıldı.

Həm də bu ayrılıq binada olan çoxsaylı “qızıl” sahələri ilə birlikdə baş tutdu. Bundan sonra qadın məsləhətxanası müstəqil hüquqi qurum oldu.

Üçüncü mərhələdə isə dövlətin tabeliyində olan məsləhətxananın yerləşdiyi bina «kollektiv tərəfdən» özəlləşdirilərək xüsusi mülkiyyətə keçdi.

Bina özəlləşdiriləndən sonra dərhal, konsultasiya tamamilə başqa, unudulmuş bir yerə – indiki halda «Qara şəhər» ərazisindəki bir xəstəxanaya «göndərilib».

Özəlləşdirilən bina şəxsi əmlaka çevrilib və hazırda icarəyə verilir.

Düşünülmüş fırıldaq! Təəssüf ki, şəhərin tam mərkəzindəki ən qiymətli bina dövlətdən oğurlanıb!

Bəs sizcə dövlətin maraqlarını qorumalı olan Səhiyyə Nazirliyi niyə susur? Çünki «payları» var (portağalları nəzərdə tuturam) və bu əməliyyatın bütün mərhələlərini təsdiq edən məmurlar son nəticəni çox gözəl bilirdilər.

Bizi isə hər gün televiziya ekranlarından və satılmış mətbuatdan (sadəcə başqaları heç qalmayıb) ölkədə korrupsiya olmadığına inandırırlar!

Bu barədə niyə yazıram? Çünki indi mən narahatçılıqla binanın fasadında növbəti işgəncələri gözləyirəm: biznes ehtiyacları üçün fasadda dəyişikliklər, reklam üçün konstruksiyalar, üçüncü mərtəbənin mansardı – bütün Bakıda olduğu kimi…”, – deyə professor yazıb.



















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.