Sahibkarlara milyonlar borclu olan Zakir Fərəcovun qaçış planı Sahibkarlara milyonlar borclu olan Zakir Fərəcovun qaçış planı

7-02-2023, 11:38           
Sahibkarlara milyonlar borclu olan Zakir Fərəcovun qaçış planı
Ötən günlərdə Sumqayıtın icra başçısı Zakir Fərəcovla bağlı bəzi məlumatlar dərc edərək bildirmişdik ki, icra başçısı ilə bağlı çoxsaylı şikayətlər onun vəzifə karyerasını bitirməkdədir. gələn məlumatlar sırasında Fərəcovun Sumqayıtda bir çox abadlıq və quruculuq işlərinin həyata keçirilməsində iştirak edən sahibkarların 7 ilə yaxındır pullarını verməkdən imtina etməsi xüsusi diqqət çəkir. Həmin məlumatlara görə, bu qəbildən olan borcların ümumi məbləği 46 milyon manat təşkil edir. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalara görə, borclar əsasən Sumqayıt Dənizkənarı Bulvarın tikintisi, Şəhidlər Xiyabanının abadlaşdırılması, habelə Sumqayıtda görülən bir çox iri və xırda layhəsi əsasında yaranıb. Həmin layihələr üçün dövlət büdcəsindən lazım olan məbləğ ayrılsa da, Fərəcov onların bir qismini işlərə sərf edib. Qalan məbləğ isə ya şəxsi məqsədlər üçün sərf olunub, ya da başqa niyyətlərin həyata keçirilməsinə gedib.

Həmin dövrdə icra başçısı Zakir Fərəcov hakimi olduğu şəhərdə ciddi tender oyunları qurub. Həmin oyunlardan biri də odur ki, tenderləri özünün yaxın adamlarının adına açdığı şirkətlərin adına alıb. Lakin pulların idarə edilməsini başqa birinə həvalə edib. Sahibkarların saytımıza verdiyi məlumatda vurğulanır ki, tender pullarını idarə edən şəxs onların bir qismini iş icraçısı olan podratçı şirkətlərlə versə də, əsas hissəsini özündə bir müddət saxlayıb, sonra da Fərəcova ötürməklə məşğuldur. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, Fərəcovun Sumqayıtdakı “tender kralı” Məmmədxanov Hümbət Əlicavan oğludur. Bu şəxsin adı bütün abadlıq, quruculuq işlərində, əsasən də yolların asfaltlanması işlərində çəkilir. Elə ödənişlərin əsas hissəsi də bu işlərdə düyünə düşüb. Ödənilməyən hissələrin səbəbi isə görülən işlərin maya dəyəri ilə tender qiymətlərindəki uyğunsuzluq hesab olunur. Məsələn, sahibkarlar deyirlər ki, Məmmədxanov və komandası tenderin qalibi olmaq üçün görəcəkləri işin qiymətini aşağı yazırlar. Realda isə bu iş adamlarına iki dəfə baha başa gəlir.

Onu da bildirək ki, Hümbət Məmmədxanov əslən Qubadandır. Uzun illərdir Sumqayıtda yaşayır. Onun Zakir Fərəcovla qohumluq əlaqəsinə malik olduğu barədə deyilənlər ki, real deyil. Ona görə ki, Fərəcovla Məmmədxanov arasında heç bir qohumluq əlaqəsi yoxdur. Hərçənd DTX və ya Baş Prokurorluq Hümbət Məmmədxanovla bağlı araşdırma apararsa, daha ciddi faktları ortaya çıxara bilər. Elə sahibkarlar da sözügedən dövlət qurumlarından adıçəkilən şəxsin fəaliyyətinin araşdırılmasını istəyirlər. Bunun üçün lazım olan sənədləri də təqdim etməyə hazır olduqlarını bildiriblər.

Sahibkarlar problemlə bağlı dövlət qurumlarına şikayət ünlanlayanda Sumqayıtın icra başçısı sahibkarları hədələyərək, onları tutduracağını bildirirdi. Bu o zamanlar idi ki, Fərəcovun qılıncının dalı da, qabağı da kəsirdi. Lakin indi vəziyyət dəyişib.. Siyasi mövqeyinin zəifləməsi Fərəcovu narahat edir və bu səbəbdən Sumqayıtın icra başçısı mümkün qədər sahibkarların könlünü almağa çalışır. Hazırda 46 milyon manatlıq borcu qaytarmaq istəməyə Fərəcov, iş adamlarına daha bir “yumaq” verməyə başlayıb. Bir qədər əvvəl o, iddia etmişdi ki, guya, Sumqayıtda görülən işlər üçün dövlət büdcəsindən pul ayrılmayıb, həmin işlərin də xərcini özü çəkib. Daha sonra isə Fərəcovə “Qarabağda tikinti gedir, bütün pulları örə göndərmişik” bəhanəsini ortaya atıb. Amma Fərəcovun bəhanə və yalanları bununla dfa bitmir. Məsələn, bu yaxınlarda jurnalist Şəfəq Ağacan yazısında qeyd edib ki, “Fərəcov borclu olduğu sahibkarlara şərt qoyub ki, “sizin pullarınız bir şərtlə verilə bilər 30% mənə qalmaqla pulunuz geri veriləcək. Amma notarial qayda pulunuzun tam aldığınız haqqında sənəd imzalayacaqsınız”. Burda deyiblər :”həm suçlu,həmdə güclü!” Təbii ki,hər şeydən əli üzülən bəziləri pullarını almaq üçün buna razı olublar. Amma haqqını tələb edənlər,öz haqqlarını hələ də tələb edirlər”.

Yayılan son məlumatlara görə, Sumqayıtın icra başçısı mülklərinin bir hissəsini satışa çıxarıb və həmin mülklərin digər qismi isə banklara girov qoyularaq, müqabilində böyük məbləğli kreditlər götürülüb. Fərəcovun mülklərini satmasının səbəbləri dəqiqliklə məlum deyil. Hərçənd icra başçısı öz yaxın adamlarına bunu başqa bir şəkildə izah etməyə çalışır. Məsələn, o, yaxın adamlarına deyib ki, guya, “yuxarılara pul lazımdır”. Hərçənd bu inandırıcı görünmür. Gələn xəbərlərdən aydın olan isə odur ki, Fərəcovun mülklərini satışa çıxarması və böyük məbləğdə kreditləri götürməsinin səbəbi tamam başqadır. İcra başçısı vəzifəsindən gedəcəyini bildiyindən mülklərini nağd pula çevirərək, onları xaricə ötürməyə başlayıb. Həmin iddialara görə, təkcə ötən ilin ikinci yarsında xaricə çıxarılan pulun məbləği qüz milyon manata yaxın olub. Həmin pullar isə xaricdə ya banklara yerləşdirilib, ya da mülklər alınıb. Bu mülklərin əsasən Çexiya , Serbiya və Bosniya-Hersoqovinada alındığına dair məlumatlar da mövcuddur. Xəbərlərdən belə başa düşülür ki, Fərəcov işdən çıxarıldıqdan sonra sərvətini təminat altına almaq üçün bu addımı atıb. Görünür, onun təmsil etdiyi hakimiyyətə güvəni yoxdur və bu səbəbdən də mülklərini pula çevirərək, onları xaricə daşımaqla məşğuldur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.