Rafiq Aslanovun oğlu İngiltərədəki şirkətini LƏĞV ETMƏK İSTƏDİ... - NƏ BAŞ VERİR?
25-02-2023, 17:45
"Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ( ASC ) sədr müavini Rafiq Aslanovun oğlu İngiltərədəki daşınmaz əmlak şirkətinin (EQUILIBRIUM STATE LIMITED) fəaliyyətini dayandırmaq barədə Britaniya Şirkətlər Evinə müraciət edib". TEREF.AZ bildirir ki, bu iddia ilə tanınmış araşdırmaçı-jurnalist Cavanşir Həsənli çıxış edib.
"Lakin kreditor və ya vergi borcu səbəbindən ləğvetmə tələbi rədd olunub" deyən jurnalist daha sonra bildirir: "Britaniya qanunvericiliyinə görə şirkət Strike Off prosesindən keçdikdən sonra mövcudluğunu dayandırır".
Xatırladaq ki, yüksəkvəzifəli su təsərrüfatı məmurunun oğlu 2018-ci ildə bu şirkət üzərindən Londonda bahalı əmlak alıb, son maliyyə hesabatına görə şirkət aktivlərinin həcmi 853.858 funt sterlinq təşkil edib.
İddia olunanlarla bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...