Gəncə şəhərinin icra başçısı harda itib-batıb, onu görən olubmu? DİA.AZ bildirir ki, bu barədə redaksiyamıza müraciət edən sakinlər soruşur. Gəncə boyda şəhərin bu gün baxımsız qaldığını iddia edən vətəndaşlar narazılıqlarını sisla şəbəkələrdə də ifadə etməyə başlayıblar.
Konkret olaraq bir neçə şəhid ailəsinin yaşadığı, erməni bombasınbın hədəfinə tuş gəlmiş Gəncədəki keçmiş Muxtar Hacıyev küçəsinin sakinləri dia.az-a bildirir ki, onların yolları bərbad gündə, səkilər isə yox dərəcəsindədir.
Sakinlər avtobusların belə çətinliklə hərəkət etdiyi küçənin hazırki durumuna görə, yerli rəhbərliyi də ittiham ediblər.
Sakinlərin paylaşdığı video burada:
Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq....