Gömrük Komitəsi ilə bağlı yeni dalğa başlayır - Qurum ləğv olunmasa da, taleyi ilə bağlı proses bitməyib

27-02-2023, 19:16           
Gömrük Komitəsi ilə bağlı yeni dalğa başlayır - Qurum ləğv olunmasa da, taleyi ilə bağlı proses bitməyib
Dövlət Gömrük Komitəsinə (DGK) sədr təyinatından sonra bu qurumun gələcək taleyi ilə bağlı suallara nöqtə qoyuldu.

Qaynarinfo xatırladır ki, hələ islahatlar kampaniyası dövründə bu dalğanın DGK-dan da yan keçməyəcəyi deyilirdi. Qurumun səlahiyyətlərinin məhdudlaşdırılacağı, hətta ləğv edilərək Vergilər Nazirliyinə birləşdiriləcəyi barədə mühalihəzələr səsləndirilirdi. DGK-nın Vergilər Nazirliyinə birləşdriləcəyi ilə bağlı ehtimallar adıçəkilən qurumların bir-birini təkrarlaması ilə əsasladırılırdı. Lakin gözləntilərin əksi baş verdi. Vergilər Nazirliyi ləğv edilərək, İqtisadiyyat Nazirliyinin tabeliyinə verildi. DGK isə müstəqil qurum kimi mövcudiyyətini saxladı.

Dövlət Təhülkəsizlik Xidmətinin (DTX) DGK-nın yüksək vəzifəli şəxsləri barəsində cinayət işi başlaması növbəti dəfə sözügedən qurumun ləğvi məsələsini gündəmə gətirdi. Səfər Mehdiyevin qurumun sədri vəzifəsindən azad edilməsindən sonra DGK-ya uzun müddət sədr təyin olunmaması da onun ləğv ediləcəyi barədə ehtimalları artırırdı. Bu ehtimal da özünü doğrultmadı. Fevralın 14-də Prezidentin sərəncamı ilə Şahin Bağırov DGK-ya sədr təyin edildi. Beləliklə, aydın oldu ki, hökumətin bu qurumu lığv etmək kimi bir niyyəti yoxdur.

Amma əldə etdiyimiz məlumatlara görə, DGK ilə bağlı proses dayanmayıb. Yəni, sədr təyinatı qurumla bağlı başlanan prosesin növbəti mərhələsidir. Bu mərhələdə DGK-da ciddi kadr və struktur islahatlarının aparılacağı deyilir. İlk növbədə bir neçə idarənin ləğvi və ona rəhbərlik edən şəxslərin karyerasına son qoyulması planlaşdırılır. Daha sonra isə DGK-nın bundan əvvəlki fəaliyyəti ilə bağlı geniş yoxlamalara start veriləcəyi deyilir. Hətta bu yoxlamaların qurumun keçmiş yüksək vəzifəli şəxslərindən də yan keçməyəcəyi söylənilir.

Bu sırada xüsusilə, BakI Baş Gömrük İdarəsinin keçmiş rəisi, gömrük generalı Vüsal Novruzovun adı çəkilir. Vüsal Novruzov uzun illər Bakı Baş Gömrük İdarəsinə rəhbərlik edib. Mediada onun fəaliyyəti ilə bağlı neqativ materialların sayı-hesabı yoxdur.

Bu yazılarda Vüsal Novruzov biznes imperiyasından tutmuş korrupsiya əməliyyatlarına qədər çoxsaylı faktlar yer alıb. O, hələ işdən çıxarılanda həbs ediləcəyi barədə məlumatlar yayılmışdı. Lakin hansısa səbəbdən Vüsal Novruzov dəmir barmaqlıqlar arasına salınmadı.

Bu dəfə isə onun fəaliyyətinin ciddi araşdırılacağı və bunun nəticəsi olaraq gömrük generalının taleyi ilə bağlı qərar veriləcəyi bildirilir. //Qaynarinfo//












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.