KARQO BAZARI: Nəzarətsizlik özbaşınalığa səbəb olur... - GİLEY
2-03-2023, 12:42
""Limak.az" kargo şirkəti haqqında şikayətim var". DİA.AZ bildirir ki, bu barədə "Şikayətim Var" sosial qrupunda Cavid Hacızadə adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra yazır: "12.02.2023-cü il tarixində, sifariş et funksiyası ilə ebaydan qiyməti 134.99$ olan məhsul sifariş vermişəm (qeyd edimki, sifariş et funksiyasından istifadə edəndə Amerika bağlamaları üçün əlavə 7% məbləğ sifarişin üzərinə əlavə olunur).
20.02.2023-cü il tarixinə qədər, məhsul haqqında heç bir məlumat əldə etmək olmayıb. Həmin tarixdə, Limak şirkəti ilə əlaqə saxlayaraq, məhsul haqında heç bir hərəkət olmadığını qeyd etmişəm. Bundan sonra, sorğu açılıb və 01.03.2023-cü ilə qədər sorğu davam edib. Bugün isə sorğuya cavab olaraq, məbləği karta geri qaytaracaqlarını qeyd ediblər.
Sorğu müddətində, ebaydan məhsulu satan satıcı ilə şəxsən danışmışam və nə üçün məhsulu göndərmədiyini maraqlanmışam. Cavabında isə, daşıyıcı şirkət (Limak) sifariş verərkən (order) ünvanı dəqiq qeyd etməyib olub. Yenidən göndərilməsi üçün əlavə 5$ ödəniş olunmalıdır.
Sorğu gedən müddətdə Limakla mütəmadi əlaqə saxlayırdım. Onlara, satıcı ilə danışdığımı və problemin nə olduğunu bildiyimi qeyd etdim. Onlar hələ də sorğu davam edir deyirdilər. Mən irad bildirdim ki, satıcı nə üçün məhsulu geri çəkib və əlavə ödəniş istəyir. Mən əlavə ödəniş (5$) etməyəcəm, çünki sifarişi verən mən deyiləm, Limakın əməkdaşıdır.
Bu minvalla, günü bugünə qədər bu proses davam etdi. Dünən Limaka zəng edib bir daha dedim ki, mən məbləğin geri qaytarılmasını istəmirəm, məhsulu istəyirəm. Ona görə də, əlavə ödənişi 5$ edəcəm.
Birbank kartı ilə sifariş verdiyimi və məbləği ninja funksiyası ilə 3 aya böldüyümü də qeyd etdim.
Nəticə olaraq, bugün sorğuya cavab olaraq məbləğ 5-15 gün ərzində karta oturacaq dedilər.
Onu da əlavə edim ki, Lİmakdan daha öncə də sifarişlər vermişəm və heç bir problem olmayıb. Bu dəfə məni peşman etdilər.
Hüquqi müstəvidə də bu məsələni qaldıracam".
Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazııq...