Gömrük rüsumları bir gecədə 27 fazi artırıldı: Azərbaycanda

28-05-2023, 11:21           
Gömrük rüsumları bir gecədə 27 fazi artırıldı: Azərbaycanda
TEREF.AZ yazır ki, az öncə bir qrup sahibkarın JAMAZ.İNFO-ya verdiyi məlumata görə, Azərbaycana xaricdən gətirilən kimyəvi-yuyucu vasitələrə (qab şampunları, şampunlar, yuyucu tozlar və bu qəbildən olan vasitələr-red.) Dövlət Gömrük Komitəsi (DGK) heç bir səbəb göstərmədən 27 fazi əlavə gömrük rüsumu ödəmək tələbi qoyub.

Həmin məlumatda deyilir ki, gömrük işçiləri dünən gecə yük maşınlarını Azərbaycan ərazisinə buraxdıqdan sonra bu “qaydanı” elan edib. DGK rəsmiləri bu qədər rüsumu hansı səbəbdən, hansı qanuna əsaslanaraq tətbiq etdiklərini açıqlamayıblar.

Sahibkarlar bildirir ki, yeni qaydalar nəticəsində onlar hər yük maşınına görə, 4000 dollar əlavə pul ödəmək məcburiyyətində qalıblar. Bu isə kimyəvi-yuyucu vasitələrin topdansatış qiymətlərinin 30 fazidən çox bahalaşmasına gətirib çıxaracaq.

Məlumatda deyilir ki, sahibkarlar DGK-nın bu addımına etiraz əlaməti olaraq, sabah komitənin binası önündə aksiya keçirməyi planlaşdırırlar.

P.S. Səfər Mehdiyev DGK sədrindən getdikdən sonra bir çoxları deyirdilər ki, yeni gələn köhnəyə rəhmət oxutduracaq. Əvvəlcə buna heç kim inanmırdı. Amma deyilənlər doğru çıxdı. Şahin Bağırov həqiqətən də özündən öncəkilərin ölənlərinə nəinki rəhmət oxutdurur, həm də onları günün günorta çağı çıraqla axtarmağa vəsilə olur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.