(AYN)-nın sədri ANAR RZAYEVİN XIRDALANDA ayna kimi 1.000.00000dəyərindəki qarajı
7-11-2023, 00:06
Yerüstü Nəqliyyat Agentliyindən çox yazmışam.
Dedim bir az müşahidə edim,bəlkə nəticə çıxardalar.
Görürəm yox,agentliyin rəhbəri Anar Rzayev yenə öz əməllərini davam etdirir.
Şikayətlər də yenə davam edir.Çünki qaldırılan məsələlərə heç baxılmır da.
Bu adam Azərbaycan Yerüstü Nəqliyyat Agentliyini (AYNA) şəxsi mülki kimi idarə edir.
Arxasında nazir müavini Rəhman Hümmətov,qabağında da əlaltıları,ətrafına yığdığı qohum-əqrəbası.
Qaz vurub qazan doldururlar.Anar müəllim dövlətin işini,büdcəsini öz biznesinə çevirib.
Beynəlxalq yükdaşımaları,nəqliyyatdakı bütün yükdaşımalara az qala inhisara alıb.Dövlət rüsumu bir yana,Anar Rzayevin qoyduğu öz rüsumları var.
Razılaşmayan günlərlə gözləməli olur. Hələ TIR-lar saxladığı qarajları demirəm.
Məsələn,Xırdalanda 1 000 000 (bir milyon) dəyərində avtoqarajlarını qeyd etmək olar.
Bunlar barədə əvvəlki məqalələrdə ətraflı yazmışam.
Yerüstü Nəqliyyata cavabdeh şəxsin “yer altından” gördüyü işləri,işçilərə qarşı haqsızlığı,ixtisaslı işçilərin yerinə qohumlarını,dost-tanışı necə yığdığını göstərmişəm.
Anar Rzayev bu yeyintiləri hesabına yaxşı sərvət sahibi olub.
Qubada daş karxanası,müxtəlif yerlərdə iaşə obyektləri,Bakıda 60 mənzil,Novxanıda malikanə,Sədərək Ticarət Mərkəzində biznes əlaqələri Anar Rzayevi lap kommersant oliqarxa çevirib.
Onun hazırki fəaliyyəti,şikayətlər barədə qeydlərim olacaq.
Bunu isə xatırlatma kimi yazdım ki, Anar müəllim bəlkə mövqeyini bildirmək istəsə, buyursun.
Boyukmillet.com olaraq hər zaman həm şikayətçilərin, həm də qarşı tərəfin mövqeyini əks etdirməyə hazırıq.
Sima Babayeva