"Dövlətin mənə borcu var" deyən dələduz MTK rəhbəri Rauf Əliyev kimdir? - İLGİNC İDDİALAR...
30-11-2023, 12:39
Azərbaycanda mənzil dələduzluğu bağışlanmaz cinayətdir. Bu, vətənə xəyanət qədər ağır günahdır. Çünki bir mənzilin fırıldaq yolu ilə satılması bir ailənin, bir ocağın evini yıxmaq deməkdir. Bu, ev arzusu ilə yaşayan uşaqları gözü yaşlı qoymaqdır. Bu, vətəndaşı vətəndən, dövlətdən küsdürməkdir. Bu, dövlətə etibarı sarsıtmaq, inamı öldürməkdir. Ona görə ki, tikintiyə icazə verən, ona təminat verən dövlətin strukturlarıdır. Amma ölkədə indiyə qədər neçə-neçə mənzil dələduzluğuna yol verən tikinti şirkətlərinin rəhbərləri həbs edilsə də, hələ də bu cür fırıldaqlarla məşğul olan və azadlıqda gəzənlər var. Onlardan biri də "İnşaat Konstruksiyaları” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vəzifəli şəxsləridir. Baxmayaraq ki, onların barəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb, hələ də şirkət sahibləri Bakıda bir mənzili bir neçı nəfərə sataraq varlanmaq dələduzluğuna davam etdirirlər. Anaxeber.info bildirir ki, təqsirləndirilən şəxs qismində "İnşaat Konstruksiyaları" MMC-nin sahibi Əliyev Rauf Rəhim oğlu, onun yaxın qohumu Əhmədov Rəsul Süleyman oğlu və Nəcəfov Zahir Vahid oğlu Cinayət Məcəlləsinin 177-189 - 178.4-cü maddələri ilə ittiham olunurlar. Bununla belə paytaxtın müxtəlif ərazilərində, hazırda Yasamal, Nəsimi rayonlarında yeni binalar tikməyə davam edərək yenə də eyni fırıldaqlarla məşğuldurlar. Onlar barəsində yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşin bu yerə gəlib çıxmasına, məhkəmə prosesinin başlanmasına rəğmən, Rauf Əliyev və dəstəsi vətəndaşları aldadır, yüzlərlə belə mənzil alan şəxslərin ümidlərini puç edirlər. Bu azmış kimi, Rauf Əliyev yaxın çevrəsinə danışır ki, onu bu qanunsuz hərəkətlərə vadar edən guya dövlətin sifarişi ilə Pirallahı rayonunda şəhid ailələrinə bina tikməsi, sonra onun pulunu ala bilməməsi və itirdiyi məbləği kompensasiya etmək üçün dələduzluq etməyə başlamasıdır. Bu minvalla Rauf Əliyev Bakının ayrı-ayrı ərazilərində öz quldur dəstəsi ilə birlikdə binalar tikərək bir mənzili bir neçə nəfərə satmaqla pul qazanmağa davam edib. O, ətrafındakılara bildirir ki, sonrakı dövrdə də ona ayrılan torpaq sahələrində tikdiyi binalarda etdiyi fırıldağın pulları ilə digər dələduz əməllərini ört-basdır etməyə, şikayətçi vətəndaşları razı salmağa çalışıb. Və belə-belə Rauf Əliyev rəhbərlik etdiyi şirkəti vasitəsi ilə minlərlə insanı aldadıb. Bu günə qədər də aksiyalar keçirilib, şikayətlər olunub, nəticəsi yoxdur. Üstəlik, guya şəhid ailələrinə tikdiyi binanın pulunu ala bilməməsini bəhanə edərək fırıldağa yol verdiyini bəhanə etmək gülüncdür.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 177-189 - 178.4-cü maddələri ilə ittiham olunan 3 iş adamı ilə bağlı keçiriləcək istintaqa 280-dən çox zərərçəkən müraciət edib.
"İnşaat Konstruksiyaları" MMC-nin qanuni təmsilçisi, Rauf Əliyevin yaxın qohumu Əhmədov Rəsul Süleyman oğludur. "Dərəçiçək” MTK da Rauf Əliyevə məxsusdur.
Rauf Əliyevin şirkətləri 2016-cı ildə Bakının Yasamal və Nizami rayonlarında pilot layihələr çərçivəsində binalar tikib. Onlar dövlət tərəfindən icazəsi verilmiş 14 mərtəbəli binaların bəzilərini 17 mərtəbəyə kimi də yüksəldiblər. Rauf Əliyev vergidən yayınmaya görə də bir müddət əvvəl saxlanılmışdı.
Mənbə: Anaxeber.info
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı