İcra başçısının tikdiyi binada külli miqdarda yeyinti – Şikayət - FOTO

9-01-2024, 08:54           
İcra başçısının tikdiyi binada külli miqdarda yeyinti – Şikayət - FOTO
Bakının Nizami rayonu, Naxçıvanski küçəsi, 8a ünvanında yaşayan sakinlər yaşadıqları binanın bərbad vəziyyətdə olmasından cana yığılıblar.

Bakupost.az-a müraciət edən sakinlər bildiriblər ki, 5 il ərzində onlardan 215 min manat mənzil haqqı yığılsa da, binada heç bir iş görülməyib:

"Liftlər xarabdır, bloklar bərbad vəziyyətdədir. Artıq bezmişik. Dəfələrlə komendanta desək də, bizi başından edir. Heç bir problemlə maraqlanmır. Ancaq pul yığmaqla məşğuldur”.

Sakinlərin sözlərinə görə, müvafiq qurumlar şikayətləri ilə bağlı tədbir görmədikləri üçün onlar məsələ ilə bağlı Prezident İlham Əliyevə, Baş prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Hesablama Palatasının sədri Vüqar Gülməmmədova müraciət edəcəklər.

Şikayətçilərin dediyinə görə, bina "Nizami 2" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (MMMC) balansındadır. Bu cəmiyyətin isə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova məxsus olduğu bildirilir:

“Dəfələrlə Niyazi Bayramova müraciət etmişik. Onunla əlaqə saxlasaq da, şikayətimizə baxan yoxdur. Niyazi Bayramovun İslam adlı şəriki var. İslam müəllimə də dəfələrlə xəbərdarlıq etmişik. Demişik ki, gəlin, hesabat verin. Amma nə gələn var, nə də 215 min manatın hesabatını verən. Belə özbaşınalıq olar?! Bu cür şəraitdə necə yaşayaq?!”.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru