Xəstəxanada baş verən yanğında FHN günahkardır? İDDİA
10-01-2024, 10:51
Ötən gecə Bakıda Respublika Perinetal Mərkəzində baş verən yanğın nəticəsində 4 uşaq ölüb, daha 3 nəfər tüstüdən zəhərlənib.
Nəhəng xəstəxananın yanğın siqnalizasiya sistemi yox idi? Bütün bunlara nəzarət edən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, növbətçilər harada idilər?
Teref yazır ki, bunu sosial şəbəkədə fəaliyyət göstərən "Palitra" səhifəsi yazır. Səhifədə yazan müəllif daha sonra fikirlərini əsaslandırmaq üçün davam edir:
Yanğından sonra FHN atəşin qısa müddətdə söndürüldüyünü qürurla elan etsə də, yanğının nədən başlandığı barədə susurlar, çünki hər şeydə günahkar onlardır və bu günahsız uşaqların ölümü onların vicdanındadır.
Nazirlik bütün müəssisə və binalarda yanğın təhlükəsizliyi qaydalarının təmin edilməsinə cavabdehdir, lakin hamımız bilirik ki, FHN öz işində ardıcıl deyil və iş görmək əvəzinə, bilinməyən şeylərlə məşğuldur. Bu gün yanğın bu xəstəxanada baş verib, sabah eyni hadisə başqa yerdə də ola bilər, çünki yanğın təhlükəsizliyi qaydalarının pozulması və bu kimi nöqsanlar demək olar ki, bütün digər xəstəxanalarda, məktəblərdə, müxtəlif müəssisələrdə var.
FHN rəhbərliyi isə nöqsanları aradan qaldırmaq, qayda-qanun yaratmaq əvəzinə, pul qoparmaqla məşğuldur․ Bu yanğına görə kim məsuliyyət daşıyır? FHN yoxsa xəstəxana rəhbərliyi?
Xatırlatmaq istəyirik ki, bir müddət əvvəl bu xəstəxananın adı şübhəli və korrupsiya riskləri əhatə edən başqa bir işdə hallanırdı. Xəstəxananın elan etdiyi tenderləri müxtəlif təşkilatlar qazansa da, onlar eyni hüquqi ünvanda qeydiyyatdadır və faktiki olaraq bir şəxsə məxsusdur. Maraqlısı odur ki, tenderləri qazanan təşkilatlarla bağlı açıq internet resurslarında heç bir informasiya yoxdur. Xatırladaq ki, bir müddət əvvəl xəstəxananın bir qrup həkimi bildirdilər ki, xəstəxananın rəhbərliyi səlahiyyətlərindən sui-istifadə edərək, qanunsuz işlər görməklə məşğul idi.