Sabiq baş direktor hansı səbəblərdən həbsdə saxlanır? – İDDİALAR TƏSDİQİNİ TAPMIR
13-01-2024, 19:36
Məlum olduğu kimi beynəlxalq neft-qaz sənayesində uzun müddət rəhbər vəzifələrdə çalışmış, Azərbaycanın ən uğurlu biznes idarəçilərindən biri hesab olunan, eyni zamanda SOCAR AQŞ-nin baş direktoru vəzifəsini daşımış Ramin İsayevə qarşı irəli sürülən 16 milyon manatlıq mənimsəmə faktı ilə bağlı əsassız iddialar, 2022-ci ilin oktyabr-noyabr aylarında geniş ictimaiyyətin diqqətinə çatdırılmışdı.
Qeyd edək ki, SOCAR AQŞ-nin qurucusu və 12 il 6 ay ərzində adı çəkilən bu quruma rəhbərlik etmiş Ramin İsayevlə bağlı faktların olduqca saxtalaşdırılması, verilmiş sifarişlər əsasında bu şəxslə barəsində böhtan xarakterli yazıların tirajlanması və s. geniş ictimaiyyəti olduqca narahat edən məsələlərdir. Bir sözlə, SOCAR AQŞ-nin qurucusu ilə bağlı yayımlanan yazılar lazımi sənədlərə, əsaslı faktlara, müəyyən rəqəmlərə istinad olunmaqla yayımlansa da, bəzi şəxslərin isə Ramin İsayev barəsində tirajladıqları yazıların böhtan xarakterli olması, məhz sonradan sübut olunmuşdur. Məsələnin maraqlı tərəfi odur ki, Ramin İsayevin üzüzə qaldığı haqsızlıqla bağlı aşağı instansiya məhkəməsinin ziddiyyətli qərarından sonra, bu şəxs barəsində tirajlanan böhtan xarakterli yazılarda səslənən ittihamlara nə Yusif Cabbarovun özü, nə SOCAR AQŞ, nə də ki, Nobel Energy şirkətlərinin rəsmi şəxsləri münasibət bildirmirlər və onlar daha çox susmağa üstünlük verirlər.
Bu da onu söyləməyə əsas verir ki, məhkəmə ilə bərabər həm Yusif Cabbarov, həm də SOCAR AQŞ və Nobel Energy şirkətləri əsl həqiqətləri qəbul etmirlər və ortaya qoyulan böhtanlara şəriklik edirlər. Qeyd edək ki, bütün bunlarla bağlı Ramin İsayevin özü azadlıqda olarkən əsaslı və sübutedici açıqlamalar vermişdir və günahsız olduğunu tam şəkildə söyləmişdir. Söz yox ki, belə bir peşə sahibinin bu gün də həbsdə saxlanması olduqca utancverici haldır və bu geniş ictimaiyyətin hiddətinə səbəb olmaqdadır. Unutmaq olmaz ki, Ramin İsayev yeganə şəxsdir ki, o, dünyanın 1-ci və 2-ci dərəcəli nüfuzlu ali təhsil müəssisəsi hesab olunan məşhur Harvard Universitetində təhsil almışdır. O, bu ali təhsil ocağını həm fərqlənmə diplomu ilə, həm də MİT-ni uğurla başa vurmuşdur. Hətta, o, Harvard Universitetinin Məşvərət Şurasının üzvü də olur. Bundan əlavə, Ramin İsayev SOCAR AQŞ şirkətinin, Turan Qazma və Mühəndislik Xidmətləri Birgə Müəssisənin qurucusu da olur və hər iki müəssisə, hal-hazırda Azərbaycanın qazma sahəsində öncül şirkətləri hesab olunurlar. Faktdır ki, SOCAR AQŞ ölkəmizdə və beynəlxalq miqyasda bu gün də iri qazma layihələrini, Turan Birgə Müəssisəsi isə, BP şirkətinin Xəzər dənizində operatoru olduğu bütün platformalarda qazma işlərini uğurla həyata keçirir. Qeyd edək ki, SOCAR AQŞ Ramin İsayevin rəhbərliyi altında sıfırdan yaradılır və çox keçmir ki, bu şirkət dəyəri 2 milyard dollar olan bir şirkətə çevrilir. Bundan əlavə, SOCAR AQŞ hər il səhmdarlara yüz milyonlarla manat gəlir də ödəyir.
Bütün bunlardan əlavə, onu qeyd etmək yerinə düşər ki, milli qazma sənayesi bu şəxsin rəhbərliyi altında bir çox ilklərə imza atır, ilk horizontal quyu və çoxşaxəli quyular qazılır, Ümid yatağının kəşfində və uğurla işlənməsində Ramin İsayev xüsusi rol oynayır. Hətta, Bulla Dəniz, Dayazsulu Günəşli və Qərbi Abşeron yataqlarının işlənməsi zamanı bir çox inqilabi texnologiyaların tətbiqinə, Azərbaycan qazmasının dünya miqyasında həm tanınmasına, həm də inteqrasiyası sahəsində böyük nailiyyətlərin əldə olunmasına yollar açılır. Qeyd edək ki, Ramin İsayevin bu sahədəki xidmətləri hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirilir və o, Azərbaycan Prezidentinin imzaladığı sərəncam əsasında “Tərəqqi” medalı ilə də təltif olunur. Faktdır ki, bu şəxsin ölkəmizdə müasir kadr hazırlığı sahəsində də çox böyük xidmətləri olmuşdur. Yəni, Ramin İsayev səkkiz il ölkəmizdə bir neçə universitetdə heç bir təmənna güdmədən dərs keçmiş, bir neçə iqtisadi və texniki kitabı ingilis dilindən Azərbaycan dilinə tərcümə etmişdir. Bu şəxsin neçə-neçə azərbaycanlı gənclərin dünyanın ən qabaqcıl texniki universitetlərində təhsil almalarına köməklik göstərməsi də, məhz danılmaz faktlardır.
Əsas məqamlardan biri də, Ramin İsayev SOCAR AQŞ-yə rəhbərlik edən zaman, bu şirkət yüksək gəlirli şirkətə çevrilir və hər il səhmdarlara yüz milyonlarla manat divident ödənilir. Bütün bu kimi sübutlar verilmiş maliyyə hesabatlarında öz təsdiqini tapır. Məsələn, NEQSOL Holdinq şirkəti tərəfindən internetdə yerləşdirilmiş və 2018-ci ilə aid SOCAR AQŞ MMC-nin əldə etdiyi mənfəəti əks etdirən məlumatları buna misal çəkə bilərik. Verilmiş hesabatlardan da aydın olur ki, bu şəxsin rəhbərliyi altında SOCAR AQŞ səhmdarlara təkcə 2018-ci il ərzində 228 milyon manat məbləğində mənfəət qazandırır. 2008-2020-ci illərə aid göstəricilər və digər maliyyə bəyannamələri də həm SOCAR, həm də Neqsol Holdinq tərəfindən müvafiq yerlərdə mütəmadi olaraq dərc olunur. Verilmiş hesabatların hər biri onu göstərir ki, Ramin İsayevin rəhbərlik etdiyi dövrdə SOCAR AQŞ həm mənfəətlə işləyir, həm də uğurlu fəaliyyət göstərir....
Ardı var.
Mövzuya qayıdacağıq, bizi izləməyi unutmayın.
Gundemxeber.Az