Baydenin 4 milyonluq evi yanıb kül oldu

10-01-2025, 15:24           
Baydenin 4 milyonluq evi yanıb kül oldu
Kaliforniyada baş verən yanğın zamanı ABŞ-ın hazırkı prezidenti Co Baydenin oğlu Hanter Baydenin Malibudakı evi də zərər görüb.

Bu barədə "Daily Mail" nəşri yazıb.

Bildirilir ki, Baydenin evi tamamilə yanıb. Nəşrin dərc etdiyi fotoşəkillərdə görünür ki, 4 milyon dollarlıq mülkdən yalnız iki baca qalıb

Baydenin bu evi ayda 20 min dollara kirayə verdiyi bildirilir.

Hanter Baydenin mühafizə dəstəsinin kirayə götürdüyü və qonşuluqda yerləşən evi də məhv olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru