Səmyar Abdullayev oğlunu Harvardda oxudur: Gözdən əlillərin pulları hesabına... - Başqa nə cür ola bilər ki?..

Bu gün, 15:51           
Səmyar Abdullayev oğlunu Harvardda oxudur: Gözdən əlillərin pulları hesabına... - Başqa nə cür ola bilər ki?..
"Cari ildən etibarən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevin oğlu ABŞ-ın dünyaca məşhur Harvadrd Universitetində təhsil almağa başlayıb. Aşağı bal yığdığı üçün dövlət proqramından bəhrələnə bilməyən övladını “öz pulu ilə” oxutmağa qərar verən Sənyar Abdullayev, bunun üçün yenə ənənəvi üsuldan istifadə edib. O, gözdən əlil vətəndaşlar üçün nəzərdə tutulan vəsaitləri mənimsəməklə Harvarddakı övladının təhsil problemini həll edib". "DİA-AZ" xəbər verir ki, bu ittihamın yer aldığı məqalədə daha sonra yetərincə məntiqli məqamlara da diqqət çəkilir. Yəni hər halda, Səmyar Abdullayevə ulu babalarından xəzinə mirası qalmayıb ki, belə bahalı həyatı təmin edə bilsin...

Göndərilən məqalədə daha sonra deyilir: "Onu da qeyd edək ki, Səmyar Abdullayevin oğlunun illik təhsil haqqı 50 min ABŞ dollarıdır. Bundan başqa, o, dövlət proqramı əsasında təhsil almadığı üçün yataqxana, yemək, nəqliyyat və digər xərclərini də öz qarşılayır ki, bu da hər ay üçün 15-20 min dollar arasında əlavə xərc deməkdir. Bir sözlə, Səmyar Abdullayevin oğlunun bir aylıq təhsil haqqı gözdən əlil vətəndaşlarımıza 70 min dollara başa gəlir. Bu pulun hər qəpiyi əlil vətəndaşlarımızın boğazından kəsilir.

Hüquq-mühafizə orqanlarının bu faktı araşdırmasına ciddi ehtiyac var. Səmyar Abdullayev isə aşağıdakı suallara cavab verməlidir:

1.Oğlunu Harvard kimi məşhur və bahalı universitetdə hansı vəsait hesabına oxudur? Bu qədər böyük pulun mənbəyi nədir?
2.Ona yardım üçün müraciət edən gözdən əlil vətəndaşlara “imkan yoxdur”, “dövlət vəsait vermir”, “mən özüm sizdən də pis yaşayıram” deyən Səmyar Abdullayev necə olur ki, “birdən- birə” oğlunu Harvard kimi universitetdə oxudacaq qədər varlanır?"

Hər halda ortada ciddi və məntiqli suallar var. Gələn dəfə mövzu ilə bağlı daha ətraflı məlumat təqdim edəcəyik... Bizi izləməyə davam edin...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.