Moskvaya uçan təyyarədə HƏYƏCANLI ANLAR - Krasnoyarskda məcburi eniş etdi

10-01-2025, 15:34           
Moskvaya uçan təyyarədə HƏYƏCANLI ANLAR -
Şanxaydan Moskvaya uçan təyyarə sərnişinin xəstəliyi səbəbindən Krasnoyarskda məcburi eniş edib.

Bu barədə TASS-a hava limanının mətbuat xidmətindən məlumat verilib.

"Saat 15:45-də Şanxaydan Moskvaya uçan "Aeroflot Boeing 777" sərnişinin xəstəliyi səbəbindən Krasnoyarsk hava limanına məcburi eniş edib", - məlumatda deyilir.

Xəstə ilə birlikdə ailəsi, ümumilikdə 5 nəfər təyyarədən çıxarılıb. Enişdən iki saat sonra təyyarə təyinat yerinə yollanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru