Batin alimi yazır: Qədim tarixi - "düşüncəsiz" cahillər yazır!
Bu gün, 17:28
Son dövrün elmi tədqiqatları onu göstərir ki, bütün qədim mənbələr düzgün anlaşılmamışdır və qəbul olunmuş tarix yanlışdır. Əhdi-ətiqdə yazılan hadisələri araşdıran tanınmış yəhudi alimləri qərara gəlmişlər ki, bu kitabda yazılan - yəhudilərin Misirdən çıxışı, səhrada dolaşmaları, torpaqlar zəbt etmələri və ümumiyyətlə yəhudi tarixindəki əsas hadisələrin heç biri həqiqətdə baş verməmişdir (Google-da məqalə: "Описанные в Библии события оказались вымышленными").
Belə çıxır ki, müqəddəs sayılan kitablarda yazılanların hamısı mənasız nağıl və əfsanələrdir. Peyğəmbərlər də özlərindən rəvayətlər uydurub, onları yazıya aldırmış və müqəddəsləşdirmiş cahillərdir. Lakin digər mənbələr bunun tam əksi olaraq adi insanları cahil hesab edirlər. Belə ki, hələ XVI əsrdə, Varmiya yepiskopu, kardinal Qoziy, İncilə (Mat.7:6) əsaslanaraq deyirdi ki, "Əhdi-ətiqi xalqa oxumağa vermək, müqəddəs şeyi itə vermək, mirvarini donuzun qabağına atmaq deməkdir (Игорь Агранцев, "Петр великий – хан крестоносцев?", М., 2005, səh.357).
Başqa sözlə, müqəddəs kitablarda yazılanlar o dərəcədə qiymətlidir ki, onu adi insana oxumağa belə vermək böyük günah sayılır. Ortaya belə bir sual çıxır: kim haqlıdır? İnsanları heyvan hesab edib, qədim yazıları müqəddəsləşdirən qədim din xadimləri, müdriklər, ya bu gün müqəddəs kitablarda yazılanları nağıl hesab edib, onu yazanları cahil sayan müasir alimlər? Bu məqalədə mən bu sualın elmi cavabını verəcəyəm. Lakin onu əlavə etmək istəyirəm ki, sufi məntiqinə görə Quran kitabını da adi insanın dərk etməsi mümkün deyil. Deyilənlərə görə, peyğəmbərimiz demişdir: “Kim ki, müqəddəs yazıları ağılla izah edir və təfsirdə də düz nəticəyə gəlir, həqiqətdə o səhv təfsir verir (Джон Бертон, "Мусульманское предание: введение в хадисоведение", М-СПб., 2006, стр.,217). Deməli, Quranda da söhbətin əslində nədən getdiyini bu gün heç kim anlamır və həqiqətləri öyrənmək üçün mənbələr yenidən, qədim müdriklərin öz məntiqi ilə dərindən araşdırılmalıdır.
Qədim dövrün tarixini diqqətlə araşdıran riyazi təfəkkürə malik hər bir insan anlayır ki, yazıların yanlış anlaşılmasının əsas səbəbi qədim dilçiliklə bağlıdır. Qədim mənbələrdəki faktları, həqiqətləri qəbul etmək istəməyən son dövr Avropa "alimləri", qədim dilləri bənzərliyinə görə "ailələrə" bölmüş və beləcə həqiqətləri gizləməyə çalışmışlar. Həqiqət isə ondan ibarətdir ki, mətnlərə görə əvvəl bir xalq və onların vahid bir dili olmuşdur. Onlar Xaldeyada Babil qülləsini tikdikdən sonra, bu tikilişin sirr kimi qalması üçün Allah, ilk varlıqların vahid dilini dəyişdirib, onları dünyaya səpələmişdi. Yəhudi mənbələrinə görə Allah vahid "odlu" dildən 70 dil yaratdı ki, bu vahid dil mənbələrdə "Кодеш лисан" (laşon ha-kodeş), yəni müqəddəs Kadus dili adlanırdı. Tövratda bu vahid dil - "səfa", yəni sufi dili kimi qeyd olunur. Deməli, vahid dildən yaradılmış 70 dil xüsusi məqsəd və məntiqlə tərtib olunmudur. Bu vahid xalq isə mənbələrdə Göy insanları adlanır ki, Allah əvvəlcə bu ölümsüz Göy türklərini, onlar isə öz əlləri ilə ölümlü adi yer insanlarını yaratmışlar. Mən, internet səhifələrimdəki "Истина о небесных и земных людях" adlı məqalədə bu haqda məlumatlar vermişəm. Bizlərə bu Göy insanları pir-bəglər, seyid-şıxlar nəsli kimi məlumdur.
Bunlar o deməkdir ki, vahid dildən yaradılmış dillər bilavasitə ölümsüz Göy insanları nəslinə aiddir və məhz onlar Xaldeyada, yəni Azərbaycan Atabəglər Ailəsinin Xelat malikanəsində Babil qülləsini tikmişlər. Başqa sözlə, 70 dildə danışan xalqlar elə Göy türklər olan ölümsüz Azərbaycan Atabəglər Ailəsidir. Bu haqda mən "Azərbaycan Atabəglər Ailəsi və Onun 32 müqəddəs xalqı" adlı məqalədə ətraflı yazmışam. Bu xalqlar, etnik qruplar müxtəlif dillərdə danışsalar da onların kökü məhz Azərbaycan Atabəglərindən başlanır.
Əvvəldə qeyd etdiyim kimi, vahid dildən yaradılmış bu dillər Tövrata görə, Babil qülləsinin sirrini adi yer insanlarından gizli saxlamaq məqsədi ilə yaradılmışdır ki, həqiqətdə Babil qülləsi - Xelat göylərində Azərbaycan Atabəglər Ailəsinin yaratdığı Xüld cənnətinin yerdəki qapısıdır. Deməli, bütün qədim yazıların əsl, yəni gizli, batini mənaları Azərbaycan Atabəglər Ailəsinin Xaldeya-Xelatda yaratdığı Xüld cənnətinə həsr olunmuşdur. İlk insanların səfa, yəni sufi məntiqində əsas fikri samitlər daşıyır ki, sonradan ondan yaradılmış 70 dildə qədim həqiqətlər bu samitlərdə "gizlədilmişdir". Mən, "Расшифровка Торы с помощью "язык птиц". С кем боролся Иаков?" adlı məqaləmdə bu sufi məntiqinə izah vermişəm.
Bütün bunlardan çıxan nəticə odur ki, qədim dillərin adi, ölümlü yer insanlarına heç bir aidiyyəti yoxdur. Yer insanları sadəcə onlara təqdim olunmuş dillərdə danışırlar. Bu dillər - Babil qülləsinin, yəni Quranda Xüld cənnəti adlanan ruhlar dünyasının sirlərini gizli saxlamaq üçün Göy insanlarının yaratdığı rəmzlərdir və bu rəmzlərin batini mənaları bilavasitə Göy insanlarının tarixi və fəlsəfələridir. Göy insanları, öz əlləri ilə yaratdıqları yer insanlarını - düşünmə qabiliyyəti olmayan "heyvani insan" adlandırıb, onları, heç bir hüququ olmayan digər canlılara bərabər tuturdular. Maxabxaratada onlar ümumiyyətlə yeddi ev heyvanlarından biri sayılırdılar. Buna görə qədim Assur-Babil ədəbiyyatında bu fikir tez-tez təkrarlanır: “Yalnız arifi (xəbərdarı) sən bununla tanış edə bilərsən, arif olmayanlar (yer insanı) bunları bilməməlidir!”. Bunlar haqda mən internetdəki - "Ledun elminin əsasları" adlı məqalədə yazmışam. Bu həqiqətlər qədim mənbələrdə açıq yazılmışdır və Avropa alimləri də bunları yaxşı bilirdilər. Lakin sufilərin bu məntiqinə görə, onlar da yer insanı nəslinə mənsub "heyvani insan" sayıldığı üçün, həqiqətləri gizlədib, mənbələrdən xəbərsiz insanlar üçün "dil qrupları" yaratmışlar. Nəticədə misal üçün, bu gün erməni adlanan toplum özlərini qədim ərmənlərin varisləri hesab edirlər. Həqiqətdə isə Ermənistan tarixinin əsl, yəni batini mənaları - qədim Osiris, Azər Allahlarının tarixinə həsr olunmuşdur və mən, internet səhifələrimdəki "Возвращение Богов" adlı kitabımı bu mövzuya həsr etmişəm.
Təəssüflər olsun ki, bu gün müasir alimlər sufi məntiqi haqda ümumi nə isə bilsələr də, onun əsl mahiyyətini dərk etmirlər. Qədim yazıların hərfi, yəni zahiri mənalarında sonsuz təzadları görsələr də, onlara həqiqət izah olunsa da, onlar bunu qəbul edə bilmirlər. Çünki, on illər həsr edib, öyrəndikləri hərfi mənaların tam cəfəngiyat olduğunu qəbul etsələr, onların tarix haqqındakı bilikləri 6-cı sinif şagirdi səviyyəsinə düşəcək. Onların bu sahədəki böyük elmi dərəcələri mənasız olacaq. Müasir alimlər isə bunu heç vaxt qəbul etməzlər. Bu günün alimləri sözdə Allaha inansalar da, demək olar ki, əksəriyyəti ürəyində Allahın varlığına inanmır.
Mən qədim yazıların batini mənaları haqda ilk dəfə 30 il əvvəl KİV-də yazmağa başlamışam və bu haqda Batini-Quran kitabı daxil 8 kitab, yüzlərlə elmi məqalələr yazmışam. Təəssüf ki, bu on illər ərzində mən, istənilən qədər mənbələr, sübutlar gətirsəm də alimlərimizə bunları qəbul etdirə bilmədim. Bunun bir səbəbi də müasir humanitar sahələrin alimlərinin riyazi təfəkkürə, məntiqə malik olmamasıdır. Belə insanların isə mənbələrdən düzgün nəticə çıxarması çox çətindir. Bu səbəbdən adi insanların da əksəriyyəti əsl elmin nə olduğunu anlamır, yalnız hərfi mənaları qəbul edirlər.
Nəticə kimi isə yenidən, düşünmə qabiliyyəti olmayan insanların da xüsusi nəzərinə çatdırmaq istəyirəm ki, təkzibolunmaz mənbələrə görə bu dünyada iki növ insan - Göy və yer insanı yaradılmışdır. Müxtəlif dillərdə yazılan bütün qədim mənbələrdə - Allahın və Onun Özünə qulluq üçün yaratdığı Göy insanların tarixi, fəlsəfəsi rəmzləşdirilmişdir. Bu Göy insanları məhz Azərbaycandan dünyaya səpələnmiş və bütün xalqların padişahları, kralları, imperatorları olmuşlar. Bu haqda mən, "Правители мира и их единый "язык птиц" adlı məqalədə yazmışam.
Hər bir düşünən insan bir həqiqəti anlamalıdır ki, Göy insanları - bu dünyada İlahla vəhdətdə olan yeganə müqəddəslər nəslidir. Məhz onlar qədim Misirdə pir (pirao), yəni firon, İran mənbələrində isə farnbaq, frataraka yəni firon-bəg, pir-Türk (firon-Türk) adlanırlar. Bəşəriyyət və sivilizasiya bilavasitə onlardan başlanır. Qədim müdriklərə görə, adi yer insanlarını Göy insanları yaratdığına görə, onların qədim mənbələrdə yazılanlara heç bir aidiyyatı yoxdur.
Bunlar haqqında daha geniş məlumat və təkzibolunmaz faktlar, müəllifi olduğum “Batini-Quran” və digər kitab və çox saylı elmi məqalələrimdə verilmişdir.
Firudin Gilar Bəg
Sufi-batin alimi
10.1.2025
TEREF