Tramp niyə Qrenlandiyanı istəyir? – ABŞ nəşri səbəbləri açıqladı

Bu gün, 12:23           
Tramp niyə Qrenlandiyanı istəyir? –
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp bu günlərdə Qrenlandiya adasını gündəmə gətirərək, Danimarkanın yarı muxtar ərazisinin hərbi yolla ələ keçirilməsinə eyham vurub.


“FinancialTimes” nəşri Trampın niyə sözügedən adaya bu qədər çox sahib olmaq istəməsinin arxasındakı qaranlıq məqmları açıqlayıb.

Nəşrə görə, Trampın bu bəyanatı mübahisəli olsa da, Qrenlandiyanın strateji əhəmiyyəti Birləşmiş Ştatlar tərəfindən, xüsusən də yerləşdiyi yerə və geosiyasi roluna görə çoxdan bilinirdi.

ABŞ nəşri Qrenlandiyanı ABŞ milli təhlükəsizlik sisteminin əsas elementi adlandırıb və adanın bu səbəblərdən önəmli olduğunu qeyd edib:

1. Kosmik Baza

ABŞ-nin ən şimal hərbi bazası (Şimal qütbündən 1500 kilometr məsafədə-red.) məhz burada yerləşir. Bu baza erkən raket xəbərdarlığı, kosmik müşahidə və peyk nəzarəti funksiyalarını yerinə yetirir.

2. Yeni dəniz marşrutları

Arktika buzlarının əriməsi Şimal-Qərb və Şimal-Şərq keçidləri kimi daha qısa ticarət yollarını açılması deməkdir. Qrenlandiya beynəlxalq gəmiçilik və hərbi bazalar üçün vacib olan bu marşrutların mərkəzində yerləşir.

3. Rusiya və Çinə yaxınlıq

Ada sualtı qayıqların monitorinqində, Rusiya və Çinin geosiyasi təsirinin saxlanılmasında rol oynayır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.