BMT Rusiyanı Ukraynaya qarşı soyqırım müharibəsi aparmaqda ittiham edib
Bu gün, 15:38
BMT-nin insan haqları üzrə ekspertləri Rusiyanı xalqın ruhunu əzmək üçün kütləvi qırğın siyasəti yeritməklə Ukraynaya qarşı soyqırım müharibəsi aparmaqda ittiham ediblər.
İnsan Hüquqları üzrə Ali Komissarlığın (OHCHR) yaydığı hesabatda deyilir ki, Rusiyanın təxminən üç il əvvəl Ukraynaya müdaxilə etməsindən sonra “döyüş əməliyyatlarının təhlükəli artması” böyük, zərərli təsir göstərib”
Cenevrədə BMT-nin İnsan Haqları Şurasına hesabat təqdim edən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının müavini Nada Əl-Naşif 47 üzvlü quruma bildirib ki, “sentyabr ayında 2022-ci ilin iyul ayından bəri ən yüksək mülki itki verilib”.
Onun sözlərinə görə, mülki itkilərin çoxu "təxminən 574 mülki şəxsin ölümünə səbəb olan havadan bombalar, uzaqmənzilli raketlər və dronlarla amansız hücumlar nəticəsində baş verib. Bu, əvvəlki illə müqayisədə 30% artım deməkdir.
“Rusiyanın bombardmanı mülki infrastruktura, su, istilik və nəqliyyat xidmətləri, o cümlədən noyabrın ortalarından etibarən Ukraynanın enerji infrastrukturu dörd böyük hücuma məruz qalıb” - deyə, o bildirib.
Hesabat 2024-cü il sentyabrın 1-dən noyabrın 30-dək olan dövrü əhatə edir. Hesabat beynəlxalq insan hüquqlarının kobud şəkildə pozulmasını və “mümkün müharibə cinayətləri də daxil olmaqla”, humanitar hüququn ciddi şəkildə pozulmasını sənədləşdirir. "
Hesabatda Rusiya silahlı qüvvələri tərəfindən əsir götürülən ukraynalı hərbçilərin edam edilməsi ilə bağlı “mötəbər iddialar” sənədləşdirilib və qeyd edilib ki, “edamları müharibə cinayəti təşkil edir”.
OHCHR Rusiya silahlı qüvvələri tərəfindən əsir götürülmüş 68 ukraynalının edamını təsdiqləyib. Ofis həmçinin 2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya təcavüzündən sonra Rusiya silahlı qüvvələrinin nəzarətində olan ərazilərdə, o cümlədən həbs yerlərində 170 mülki şəxsin qısamüddətli edamını da araşdırıb.
26 səhifəlik hesabatda həmçinin Rusiya və Ukrayna silahlı qüvvələri tərəfindən hərbi əsirlərə işgəncə verilməsi də sənədləşdirilib və bu, “beynəlxalq hüququn pozulması” kimi qiymətləndirilib.
Bununla belə, hesabatda bildirilir ki, Rusiya silahlı qüvvələri tərəfindən hərbi əsirlərə qarşı işgəncə və pis rəftar Ukrayna hərbçiləri tərəfindən əsir götürülənlərdən qat-qat pisdir.
Rusiya tərəfindən şiddətli döyülmə, elektrik cərəyanı, cinsi və digər zorakılıqlara məruz qalan ukraynalı əsir kişi və qadınların işgəncəsi “geniş yayılmış və sistematik” kimi təsvir edilir.
Ukraynanın nəzarətində olan Rusiya hərbi əsirlərinin də “şiddətli döyülmələrdən tutmuş cinsi zorakılığa və it hücumlarına qədər işgəncə və pis rəftara məruz qaldıqları”, lakin zorakılıqların daha çox onlar həbsxanalara aparılmadan əvvəl tranzit məntəqələrində baş verdiyi qeyd edilir.
Rusiyanın Şuradakı nümayəndəsi Yevgeni Ustinov "insan hüquqları müdafiəçisinin Ukraynada törədilən cinayətləri və bir çox insan hüquqları pozuntularını ikili standartlarla ağartmaqda” ittiham edərək, hesabatın "seçici xarakteri və qərəzliyini" sərt tənqid edib.