Barəsində üç dəfə həbs qətimkan tədbiri seçilən şəxs icra başçısı olmaq istəyir – İDDİA/VİDEO

Bu gün, 10:18           
Barəsində üç dəfə həbs qətimkan tədbiri seçilən şəxs icra başçısı olmaq istəyir – İDDİA/VİDEO
“Torpaq kralı” Mübariz Vəliyev başçı da ola bilər, məhbus da...
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bələdiyyə seçkilərindən sonra
tutduğu postu tərk edəcək. Buna səbəb icra başçısının uzun müddətdir ki, ciddi sağlamlıq
problemi yaşamasıdır.
Zakir Fərəcovun gedişi icra hakimiyyəti daxilində başçı postuna iddialı olan namizədlərin
aktivləşməsinə səbəb olub. Bunlardan biri də “torpaq kralı” Mübariz Vəliyevdir.
Mübarizə Vəliyev uzun müddət Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon
şöbəsinin müdiri vəzifəsində çalışıb. Bu vəzifədən istifadə edərək yüz hektarlarla torpaq sahəsi,
milyonlarla manat məbləğində pul qazanıb. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron
rayon şöbəsinin müdiri vəzifəsində çalışarkən onun barəsində üç dəfə həbs qətimkan tədbiri
seçilsə də, son anda həbsdən xilas ola bilib.
Bu gün Sumqayıt Şəhər İcra hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə
icra nümayəndəsi vəzifəsində çalışan Mübariz Vəliyev, Zakir Fərəcova yaxın şəxslərdən hesab
olunur. O, icra başçısının yer aldığı rəsmi səfərlərin çoxunda iştirak edir.
Mübarizə Vəliyev 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi olarkən də ciddi
qanun pozuntularına yol verib, ekologiyaya divan tutub.
Mübariz Vəliyevin qanunsuz əməlləri haqqında məlumatlı olan bəzi şəxslər hsab edir ki, Zakir
Fərəcovun gedişi Mübariz Vəliyevin yüksəlişi yox, sonu ola bilər. Zakir Fərəcovun gedişindən
sonra Mübariz Vəliyevlə bağlı bütün faktların rəqibləri tərəfindən əlaqədar qurumlara təqdim
edilməsi ehtimalı böyükdür. Bu isə Mübariz Vəliyev üçün sadəcə vəzifə iddiasının deyil, həm də
azadlığın sonu ola bilər.
Məqalədə qaldırırlan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
TEREF













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.