“Kürən Tahir” ləqəbli Tahir Əbdülqasımov Dövlət qoruğu olan Şəhriyar parkını zəbt edib?! İDDİA

22-06-2024, 10:18           
“Kürən Tahir” ləqəbli Tahir Əbdülqasımov Dövlət qoruğu olan Şəhriyar parkını zəbt edib?! İDDİA
Redaksiyamıza müraciət edən bir qrup Şuşalı cənab Prezidentə məktub ünvanlayıb. Onların bizə verdiyi məlumata görə “ÇANAQQALA” restoranı dövlət qoruğu olan “ŞƏHRİYAR” parkını zəbt edib və 30 ildən çoxdur ki, qanunsuz fəaliyyət göstərir.

Məlumatda bildirilir ki, restoranda 30-dan çox yeniyetmə gənc səhər saat 8-dən gecə saat 12-yə qədər 16 saat ciddi rejimdə ac-susuz çalışır, müqabilində isə 7 manat zəhmət haqqı alır. Onların heç bir haqqı çatmır ki, oradan bir tikə quru çörək yesinlər.

Bəs “kürən” ləqəbi ilə tanınan Tahir Əbdülqasımov hansı icazə ilə dövlər qoruğu olan “Şəhriyar” parkını zəbt edib və heç bir hüquqi əsası olmayan “Çanaqqala” restoranın yaratmışdır.

Şikayətçilər cənab Prezident İlham Əliyevə ünvanladığı məktubda belə bir müraciət edir:

Danılmaz həqiqətdir ki, prezidentliyiniz illərində Azərbaycan adlı məmləkət tamamilə abadlaşmış, müasirləşmiş, öz simasını Avropa standartlarına uyğun dəyişmişdir. Hakimiyyətiniz dövründə görün nə qədər məktəblər, məktəbəqədər tərbiyə müəssisələri, səhiyyə ocaqları və sosial təyinatlı müəssisələr tikilib istifadəyə verilmişdir. Ən ucqar rayonlar, kəndlər, qəsəbələr belə yenidən qurulmuşdur.

Ötən illər ərzində yarım əsrə bərabər abadlıq, quruculuq işləri görülmüşdür. Bu gün Azərbaycan tərəqqi yollarında qətiyyətlə irəliləyir, beynəlxalq sammitlərdə, müşavirələrdə ali tribunalardan inamla öz sözünü deyir, görülən işlərin hesabatını verir. Bütün deyilənlər və deyilməsinə zaman lazım olan digər uğurlar da təbii ki, Sizin gərgin zəhmətiniz və düşünülmüş mütərəqqi layihələriniz sayəsində mümkün olmuşdur.

Bir daha qeyd etmək lazım gəlir ki, 44 günlük savaşla və az itkilərlə işğal olunmuş torpaqlarımızı erməni faşistlərindən azad etməyiniz Sizin şah əsəriniz, azad edilmiş bölgələrdə sürətli abadlıq quruculuq işləri isə Sizin vətənə, xalqa bağlılığınızın bariz göstəricisidir.

Bu gün vətənini, xalqını qanı, canı qədər sevən, maddi imkanları olan hər bir qeyrətli Azərbaycan vətəndaşı, iş adamı işğaldan azad olunmuş bölgələrimizin yenidən qurulmasında, abadlaşmasında öz imkanlarını əsirgəməməlidir. Yuxarıda adını çəkdiyimiz Əbdülqasımov Tahir Nadir oğlu əslən Şuşalıdır. Şuşada doğulmuşdur və boya-başa çatmışdır.

Bu gün onun qədər maddi imkanlı ikinci bir iş adamı yoxdur. 10-dan çox restoranı və gəlir gətirən digər obyektləri var. Onlarda bəzilərinin adını çəkə bilərəm .

Nərimanov rayonunda ÇANAQQALA restoranı, ŞUŞA restoranı, QREEN kafesi, Nizami rayonunda Xanqızı və Xan bağı restoranları, Xətai rayonu Asiman restoranı, Şamaxı və İsmayıllı rayonlarında bir sıra restoranlar.

1992-ci ilin may ayının 8-də Azərbaycanın dilbər guşəsi Şuşa ermənilər tərəfindən işğal olunanda Tahir Əbdülqasımov indiki “Çanaqqala” restoranının ərazisində çadır qurub kabab çatırmış.

Ötən illər ərzində Tahir Əbdülqasımov əldə etdiyi sərvət-sərmayə hesabına 10-dan çox, hətta Şamaxı, İsmayıllı rayonlarında belə restoranlar aça bilmişdir. Amma bu qədər maddi imkanları olan iş adamı bu günə qədər bir nəfər yetimə, imkansıza, xüsusən də qazilərimizə əl tutmayıb.

Hörmətli cənab Prezident,

Şuşalıların rahat, əmin arxayın yaşaması naminə çoxsaylı Şuşalılar adından yazılan bu müraciəti xüsusi nəzarətə götürməyinizi və Tahir Əbdülqasımovu bu nəcib təşəbbüsü icra etməsinə göstəriş verməyinizi səmimi qəlbdən xahiş edirik.

SEHER.MEDİA xəbər portalı olaraq qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.