Pirverdiyevlə qaynının “Expressbank”ı çöküş ərəfəsində siyasi sabotajla məşğuldur

11-07-2024, 15:50           
Pirverdiyevlə qaynının “Expressbank”ı çöküş ərəfəsində siyasi sabotajla məşğuldur
İctimai fəal İlkin Rüstəmzadə “Ekspressbank”la bağlı Prezidentə müraciət edəcəyini açıqlayıb. Yenisabah.azxəbər verir ki, İlkin Rüstəmzadə bankda ona qarşı haqsızlıq edildiyinə görə bu addımı atacağını qeyd edib. “Gəlmişəm “Ekspressbank”a. Cari hesab açmağa, kart açmağa uyğun bilmədilər. Açıq-aşkar dedilər ki, sən qara siyahıdasan. Dedim ki, heç vaxt heç bir bankda kreditim olmayıb, hansısa şübhəli əməliyyatım olmayıb. “Məhkumluğa görə sən bizə uyğun müştəri deyilsən” dedilər. “Voobşem”, səviyyən uyğun gəlmir bizim banka”.

İlkin Rüstəmzadə bankın etdiyinin açıq-aşkar tərbiyəsizlik olduğunu vurğulayıb. O bildirib ki, bu, həm də cinayətdir: “Diskriminasiyanın hər hansı növü və forması Azərbaycan Konstitusiyasına görə qadağandır. Mənə qarşı edilən bu ləyaqətsiz davranışla bağlı Maliyyə, Daxili İşlər Nazirliklərinə və Dövlət Təhlükəsizlik Xidmətinə rəsmi şikayət ünvanladım. Bir azdan Prezidentə də rəsmi şikayət ünvanlayacam. Sabah isə rəsmi qaydada məhkəməyə müraciət edəcəm. Bankdan mənə qarşı etdikləri davranışa görə 1 milyon manat təzminat tələb edəcəm”. “Expressbank” 2024-cü ilin I rübü üzrə maliyyə hesabatlarını açıqlayıb. “APA-Economics” banka istinadən xəbər verir ki, 2024-cü ilin I rübündə “Expressbank”ın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.3% azalaraq 3 milyon 396 min manat təşkil edib. 2023-cü ilin müvafiq dövründə bank 3 milyon 441 min manat xalis mənfəət əldə etmişdi. Hesabat dövründə bankın faiz gəlirləri 21% artaraq 15 milyon 707 min manat, faiz xərcləri isə 26.9% artaraq 4 milyon 214 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 4.5 milyon manata ( illik müqayisədə 10.6% az ), qeyri-faiz xərcləri isə 10.9 milyon manata ( illik müqayisədə 1.3% çox) bərabər olub. Beləliklə bank bu dövrdə 5 milyon 40 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da illik müqayisədə 30% çoxdur.

Bu ilin ilk üç ayı ərzində “Ekspressbank” kiçilib. Belə ki, cari ilin aprel 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 5% və ya 28.4 milyon manat azalaraq 531 milyon 812 min manata enib. Cari ilin ilk 3 ayında “Expressbank”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2% və ya 8.5 milyon manat artaraq 417 milyon 763 min manata çatıb. Bankın kredit portfelində istehlak kreditləri 196 milyon manat, biznes kreditləri 115.2 milyon manat, daşınmaz əmlak kreditləri isə 106.5 milyon manat təşkil edib. Bu dövrdə “Ekspressbank”ın cəmi öhdəlikləri 398.4 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 7.4% və ya 31,8 milyon manat azdır. Şirkətlər üç ay ərzində bankdan 25 milyon manatdan çox depoziti geri çəkiblər. Belə ki, fiziki şəxslərin depozitləri ilin əvvəlinə nisbətən 3.1% və ya 4.7 milyon manat artaraq 156 milyon 882 min manat, hüquqi şəxslərin(şirkətlərin) depozitləri isə 32.9% və ya 25 milyon 726 min manat azalaraq 52 milyon 550 min manat təşkil edib. Bankın ümumi depozit portfeli də cari ilin ilk 3 ayında 9.1% və ya 20.8 milyon manat azalaraq 209 milyon 432 min manata enib. 2023-cü il aprel ayının 1-nə “Ekspressbank”ın cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 2.6% və ya 3 milyon 421 min manat artaraq 133 milyon 239 min manat təşkil edib.

Bununla bağlı cumhuriyyet.az bildirir ki, “Expressbank” “Azərenerji”nin sabiq rəhbəri Etibar Pirverdiyevin bankı kimi tanınır. Belə ki, 2015-ci ildə «ADOR» MMC ötən il «Expressbank»ın səhmdarlar sırasını tərk edib. Onun payını 2 şəxs alıb. «ADOR» MMC bankda 42 faiz səhmə sahib idi. İndi bu səhmlər iki nəfərin arasında (Hikmət Xammədov – 25 faiz və Hafiz Seyidov – 17 faiz) bölüşdürülüb. Elə rəsmən də bankın əsas səhmdarları “AZENCO Group” MMC və Hikmət Xammədovdur. H.Xammədovun isə E.Pirverdiyevin qaynı olduğu bildirilir. Bu şəxsə həmçinin “Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları» ASC-nin 98,5 faizi məxsusdur.
Məlumatlara görə, E.Pirverdiyevin bütün gizli bank hesabları da məhz “Ekspressbank” vasitəsilə qorunur. Ancaq proseslərin gedişatı onu göstərir ki, yaxın zamanlarda bu məsələyə də qanun çərçivəsində aydınlıq gətiriləcək. Bankın bağlanmasının əsas səbəbi kimi cənab Pirverdiyevin bir zamanlar rəhbərlik etdiyi “Azərenerjinin” Beynalxalq Bankda iri məbləğdə kredit borclarının olması və həmin borlcar üzrə ödəniş edə bilməməsi güman edilir. Bank daxilindən adının çəkilməsini istəməyən işçilərdən birinin cumhuriyyet.az-a verdiyi məlumata görə, 2015-ci ildə manatın dollarla nisbətdə iki dəfə dəyər itirməsi “Express Bank”ın aktivlərini xeyli azaldıb. Bankın səhv kreditləşmə siyasəti nəticəsində problemli kreditlərin həcmi artıb. Başqa bir tərəfdən isə bankən kredit portfelində manat kreditlərinin həcminin nisbətdə çox olması və istehlak kreditlərinin ücdantutma hamıya verilməsi hazırda bankı pis vəziyyətdə qoyub. Bu səbəbdən də bankın likvidlik göstəricilərinin pisləşdiyini deyən mənbəmiz bildirir ki, bankın rəhbərliyində, yəni İdarə Heyəti və Müşahidə Şurasında olanlar bank sahəsində peşəkar deyil: “Bankın maliyyə göstəricilərinin pisləşməsi ilə nəticələnən səhv qərarları da onlar verib. Bankda çalışan azsaylı işçilər verilən səhv qərarlara dəfələrlə etiraz etsələrdə onların dediklərinə məhəl qoyulmayıb”. Cumhuriyyet.az-a daxil olan başqa bir məlumata görə, bankın idarə heyətində təmsil olunan şəxslər yaxın adamlarının adına on milyon manatlarla kredit götürüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.