Azər Məmmədovun qanunsuz şirkətləri büdcəyə necə ziyan vurur?
12-07-2024, 00:12
Sən demə, Dövlət Gömrük Komitəsində sabiq şefi Səfər Mehtiyevin qurduğu "sistem” hələ də tam iflic edilməyib, daha doğrusu, hələ də işləkdir. İndi çoxlarına qəribə gələ bilər ki, görəsən, nədir bu sistem, necə yəni fəaliyyətdədir. Bəli məhz Səfər Mehdiyevin zamanında çiçəklənən, sistemləşən "qanunsuz fəaliyyət göstərən şirkətlər" sistemi Gömrükdə özünün yeni və daha işlək mərhələsinə qədəm qoyub.
Bizimxeber.az-a daxil olan məlumata görə, uzun illər ölkənin Gömrük sistemini iflic edən, büdcədən milyonların oğurlanmasına yol açan qanunsuz fəaliyyət göstərən şirkətlər sistemi indi də öz işini görür.
Qısa xatırlatma!!!
Dövlət Gömrük Komitəsinin sabiq şefi Səfər Mehtiyevin zamanında Gömrük rəsmiləşdirilməsinin bir başqa qaydaları var idi. Pulunu veri rahatlıqla ölkəyə istədiyin malı gətir və istədikləri rəqəmləri ödə, vəssalam. Hesab kitab itmişdir, qayda-qanun hamsı pula söykənirdi. Bəyənnamə, rüsum, vergi hamsı öz qaydalarına uyğun həyata keçirilirdi. Bütün bunlarla yanaşı Gömrükdə “qanunsuz şirkətlər” deyilən bir termin də var idi. Gömrük generalları, nazirlər, icra başçıları, deputatlar yaxın adamlarının adına şirkətlər yaradır və öz bizneslərini bu şirkətlərin üstündən idarə edir, vergidən yayınırdılar.
Anbarı, vergi və DSMF ödəmələri yox, işçi yox!
İşin ən qəribə tərəfi bu idi ki, elə o zaman da Gömrüyə nəzarət mexanizmlərinin həyata keçirilməli olan İqtisadiyyat Nazirliyi yanında İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin rəhbəri Azər Məmmədov baş verənlərə göz yumurdu, belə şirkətlərin fəaliyyətini nəzarətə götürmürdü, cərimələr tətbiq etmirdi. Bunun da özəl səbəbləri var idi ki, bu gün bu səbəblər yenidən özünü çılpaqlığı ilə göstərir.
Redaksiyaya daxil olan məlumata görə, İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi rəhbəri Azər Məmmədova yaxın olan şəxslər əvvəlki sistemi bərpa ediblər. Bir neçə yeni qanunsuz şirkət açaraq köhnə qaydaları "xoda" salıblar.
Məlumatda qeyd olunur ki, Azər Məmmədovun olduğu deyilən bu şirkətlər diğər qanuni fəaliyyət göstərən, onlarla işçi saxlayan, anbarı və qanuni fəaliyyəti olan şirkətlər üçün problemlər yaradır. Bu gün 100-lərlə qanuni fəaliyyət göstərən şirkət Azər Məmmədovun nəzarətində olduğu deyilən 10-larla qanunsuz fəaliyyət göstərən şirkətin əməlləri səbəbindən ciddi problemlər yaşayır. Dövlət büdcəsini vergi ilə dolduran bu qanuni şirkətlər, Azər Məmmədovun büdcədən oğurlayan qanunsuz şirkətlərinin, onların yaratdığı monopoliyanın qurbanına çevirilib.
Yenə də yada belə şirkətlərin fəaliyyətinə nəzarət etməli olan İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi düşür. Amma təəssüflər olsun ki, bu baş idarə rəhbərliyinin adı yenə belə qanunsuz fəaliyyətin dəstəkçisi kimi hallanır. O zaman təbii ki, İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin rəhbəri Azər Məmmədov öz adamlarının və qazancının qabağını kəsməz və mübarizə aparmaz.
Elə isə, yenəmi, Azər Məmmədov? Bu qədər həbslər qorxutmadımı? Bu yekəlikdə etimad azlıqmı edir?
Beləliklə, bir daha xatırladaq ki, Gömrükdə yenə qanunsuz fəaliyyət göstərən şirkətlərin sayı artmaqdadır. Üstəlik bu şirkətlərin fəaliyyəti dövlət büdcəsinə böyük ziyan vurur, Belə şirkətlərin vergi borclarını, vurduqları ziyanı hesablamaq, geri almaq və diğər fəaliyyətləri həyata keçirmək mümkünsüzdür. Bu şirkətlərin auditini aparmaq belə müşküldür. Çünki gətirdikləri yüklərin miqdarı bəyannamədə az göstərilir, dərhal da buraxılır və satıça yönəlir. Bundan sonra bu şirkətlərin fəaliyyətini araşdırmaq, vurduqları ziyanı müəyyənləşdirmək mümkünsüz olur.
Sayları artdıqca, dövlətə xeyir vermək istəyən, qanuni fəaliyyət göstərən şirkətlərin fəaliyyətinə əngəllər yaranır. Gömrükdə monopoliya sistemi geri qayıdır və bunu kimsə görmək istəmir, hətta Şahin Bağırov da...
P.S.
Çox qəribədir ki, İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi İqtisadiyyat Nazirliyinin tabe qurumdur. Eyni zamanda ölkənin iqtisadi durumundan, dövlət büdcəsinin doldurulmasından sorumlu olan şəxs də Mikayıl Cabbarovdur. Necə olur ki, cənab Mikayıl Cabbarov İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi rəhbəri Azər Məmmədovun adı hallanan bu qanunsuz əməlləri araşdırmır və ya ona "dur" demir?
Olduqca müəmmalıdır...