Əmlak Məsələləri Dövlət Xidməti , yoxsa DƏLƏDUZLUQ XİDMƏTİ? Əmlak məmurları şəxsi mülkiyyətin nə olduğunu bilmirlər
15-08-2024, 00:05
Ölkədə ən geniş yayılmış hüquq pozuntusunun dələduzluq olduğunu
cinayətlərin statistikasından başqa hər gün qarşıya çıxan faktlar da
doğrulayır. Dələduzluq cinayətləri , adətən, dövlət orqanlarının, vəzifəli
şəxslərin səlahiyyətlərini saxtalıqla mənimsəməklə gerçəkləşdirilir.
Danışacağımız faktda isə dələduzluğu edən dövlətin iqtisadi siyasətinə
cavabdeh edilən dövlət orqanıdır, İqtisadiyyat Nazirliyi yanında Əmlak
Məsələləri Dövlət Xidməti və tabeliklərindəki xidmətlərdir. Anlamaq olmur,
ƏMDX- Əmlak Məsələləri Dövlət Xidmətidir, yoxsa DƏLƏDUZLUQ
XİDMƏTİ?
“Veteranlar haqqında” qanunun 11-ci maddəsinin 2-ci abzası ilə DÖVLƏT
müharibə veteranlarının istifadəsində olan dövlət bağlarının və
bağçılıq sahələrinin ƏVƏZSİZ olaraq onların ( müharibə
veteranlarının- M. B. ) ŞƏXSİ MÜLKİYYƏTİNƏ verilməsini
aktlaşdırıb. Dövlətin adından bu görəvi yerinə yetirməyə təhkim edilən
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti isə açıq
mətnlə bildirir ki, eyni nazir(liy)in başçısı olduğu Tarif Şurası qanunu-
normativ hüquqi aktı ləğv edib.(?) Bir aydan çoxdur Konstitusiyaya açıq
sayğısızlığa qiymət verilmir. ƏMDX və tabe qurumlar “dedığım dedik,
çaldığım düdük” deyib dururlar. Elə bil, bunların özünün ayrıca özbaşınalıq
qanunu, konstitusiyaları var!(?) Ölkədə ən yüksək hüquqi qüvvəyə malik
qanun Konstitusiyadırsa, bu qanunda yazılıb ki, qanunların icrası və tətbiqi
məcburidir (maddə149, III hissə); heç kəsdən qanunda nəzərdə
tutulduğundan artıq vergilər və digər dövlət ödənişləri alına bilməz
(maddə73, II hissə). Bəs niyə müharibə veteranlarından ƏVƏZSİZ olaraq
ŞƏXSİ MÜLKİYYƏTƏ keçirməyə haqq etdikləri bağlarına görə “Dövlət
rüsumu haqqında” qanuna əsasən 125 manat dövlət rüsumu və Tarif
Şurasının 31.07.2023 tarixli, 5 saylı qərarına görə 118 manat xidmət
haqqı tələb edilir? Bəyəm ƏMDX bilmir ki, dövlət rüsumu – göstərilən
XİDMƏTLƏRƏ və hüquqi hərəkətlərə görə ödənilən haqdır?( “Dövlət
rüsumu haqqında” qanunun 1.1 maddəsi). Onu da bilmir ki, heç bir
qurum qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda
göstərilmiş həcmdən əlavə vergilər və digər dövlət ödənişilərini
MÜƏYYƏN EDƏ bilməz? ( “Dövlət rüsumu haqqında” qanunun 1.2
maddəsi) Belə bəlli olur ki, bilmir. Bilsəydi, ödənişdən azadolma bir yana,
şişirtmə DÖVLƏT (DƏLƏDUZLUQ) ÖDƏNİŞLƏRİ MÜƏYYƏN ETMƏZDİ.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin idarə
heyətinin sədr müavini Elşad Məmmədov 06.08.2024 tarixli məktubla
şişirtmə DÖVLƏT ÖDƏNİŞİNİ bircə ayrıntı ilə digər müavin Elvin
Məmmədov kimi “əsaslandırıb”. Ayrıntı ondadır ki, “Veteranlar haqqında”
qanunu Elvin Məmmədov görməzliyə vururdusa, Elşad Məmmədov
belə TƏFSİR EDİB: “Veteranlar haqqında” qanunun 11-ci maddəsinə
görə, müharibə veteranlarının istifadəsində olan dövlər bağları və
bağçılıq sahələrinin ƏVƏZSİZ olaraq onların ŞƏXSİ MÜLKİYYƏTinə
verilməsi QEYD EDİLMİŞ , lakin DAŞINMAZ ƏMLAK ÜZƏRİNDƏ
HÜQUQLARIN DÖVLƏT QEYDİYYATINA ALINMASI barəsində GÜZƏŞT
NƏZƏRDƏ TUTULMAMIŞDIR” . Dəhşətli dələduzluq təfsirinə baxın, bu
yekəlikdə ƏMLAK XİDMƏTİ şəxsi MÜLKİYYƏTin əmlakın dövlət
qeydiyyatına alınması olduğunu (da!) BİLMİR!
Özgə izaha, şərhə, təfsirə ehtiyac varmı? Suala cavab vermək Prezident
yanında korrupsiyaya qarşı mübarizə komissiyasının, baş prokurorluğun
boynundadır.
Məğrur Bədəlsoy
TEREF