Yenidən deputat olmaq istəyən Əhliman Əmiraslanov kimdir? – Mafiya, bizesmen yoxsa akademik? – Oğlu qaçırıldı, qardaşı oğlu “hoqqa” verdi

15-08-2024, 10:14           
Yenidən deputat olmaq istəyən Əhliman Əmiraslanov kimdir? – Mafiya, bizesmen yoxsa akademik? – Oğlu qaçırıldı, qardaşı oğlu “hoqqa” verdi
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 67 saylı Sabirabad seçki dairəsindən deputatlığa namizədliyii növbəti dəfə irəli sürülmüş Əhliman Əmiraslanovun mülkləri sosial şəbəklərdə yenidən gündəm olub

Yerli.media ölkə mediasında gedən məlumatlara əsaslanaraq qeyd edir ki, Azərbaycan Tibb Universitetinin keçmiş rektoru, deputatlığa namizəd Əhliman Əmiraslanovun övladlarının biznesi əsasən Türkiyə və Rusiyanı əhatə edir.

Araşdırmaçı jurnalist Cavanşir Həsənli feysbuk səhifəsində yazılanlara görə..

Onun sözlərinə görə, Fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanovun və qardaşı Azər Əmiraslanovun biznes şəbəkəsinə çoxsaylı tikinti şirkətləri, ticarət mərkəzləri, restoran və kafelər daxildir:

“1. İÇ MİMARLIK İNŞAAT PROJE TAAHHÜT TASARIM UYGULAMA TİCARET LİMİTED ŞİRKETİ 2015-ci il aprelin 17-də İstanbul, BEŞİKTAŞ, LEVENT MAH.ÜLGEN SK.47 ünvanında 50 min lirə nizamnamə kapitalı ilə qeydiyyatdan keçib. Qeydiyyat nömrəsi 971304-0-dır. Təsisçiləri Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanov və Türkiyə vətəndaşı Alev Kaygazdır. Alev Kaygaz Türkiyədəki biznesi idarə etməkdən əlavə London və Dubayda da tez-tez görünür. Deputatın oğlu ilə şərikliyə qədər o, 2K TASARIM VE İÇ MİMARLIK İNŞAAT SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİ-nin sahibəsi olub.

Şirkət inşaat və daşınmaz əmlak sektorunda fəaliyyət göstərir, o cümlədən yaşayış binalarının tikintisi ilə məşğul olur.

2. Azər Əmiraslanovun Türkiyədə təsis etdiyi digər şirkət ENERJİM E TİCARET BİLİŞİM VE YAZILIM HİZMETLERİ LİMİTED ŞİRKETİdir. 250 min lirə nizamnamə kapitalı olan şirkətin qeydiyyat nömrəsi 801011-0, hüquqi ünvanı SARIYER, MASLAK MAH.AKASYA SOK.ECLİPSE MASLAK SİTESİ F BLOK NO:5 F/4-dür. Bu ünvan İstanbjlda deputatın oğluna məxsus AĞLANÇ RESTAURANT-ın yerləşdiyi ünvandır.elə şirkətin də kvalifikasiya sahəsinə restoran və içki məkanları, ərzaq və içki idxalı, ixracı daxildir. Azər Əmiraslanovun bu şirkətdəki şərikləri Elmir Cəbrayılov və Türkiyə vətəndaşı Emir Turacıkdır.

3. İstanbulda Əmiraslanovlara məxsus qeydiyyatdan keçmiş daha bir şirkət isə AZER GAYRİMENKUL MEDİKAL İNŞAAT SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİdir. Bu şirkətin təsisçiləri qismində Azər Əmiraslanovdan başqa, Əhliman Əmiraslanovun digər oğlu, fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov da iştirak edir.

Şirkətin qeydiyyat nömrəsi 704740-0, hüquqi ünvanı İstanbul, BEŞİKTAŞ, LEVENT MAH.ÜLGEN SK.47-dir. Əvvəldə qeyd etdiyim kimi Azər Əmiraslanovun Alev Kaygazla ortaq qurduğu şirkət də bu ünvanda fəaliyyət göstərir.

Şirkət əsasən tibbi təyinatlı olmaqla, daşınmaz əmlak sektorunda fəaliyyət göstərir.

4. Deputatın oğlu Rusiyada da indiyədək 5 şirkət qeydiyyatdan keçirib, onlardan yalnız biri fəaliyyətini dayandırıb.

“NOVİNKİ” MMC (ОБЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ “НОВИНКИ”) hələ Əliman Əmiraslanovun Tibb Universitetinin rektoru olduğu dönəmdə – 1996-cı ilin avqustunda Azər Əmiraslanov və şərikləri tərəfindən 8 milyon rubl nizamnamə kapitalı ilə təsis edilib (qeydiyyat nömrəsi 77160019227716). Hüquqi ünvanı Moskva, Novinki küçəsi 12 A-dır. Şirkətin adı elə bu küçənin adından götürülüb. Kolomenskoe metrosu yaxınlığındakı ünvanda şirkətə məxsus olan və hazırda “PRIMAVERA” şadlıq evi kimi fəaliyyətdə olan obyekt yerləşir.

Şirkətin təsisçilərindən biri – Nəsimi Allahverdiyev Azərbaycan Dövlət Aqrar Universitetinin yoluxmayan xəstəliklər kafedrasının mərhum professoru, şair Rübail Allahverdiyevin oğludur. Rübail Allahverdiyev Əhliman Əmiraslanovla uzun illərin dostu olub.

Daşınmaz əmlak sektorunda fəaliyyət göstərən şirkətin 2018-ci il maliyyə hesabatına görə gəlirləri 4 844 000 rubl təşkil edib.

5. Azər Əmiraslanov həmin tarixdə Nəsimi Allahverdiyevlə birgə Moskvada “Super-Kosna” MMC-ni də (ОБЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ “СУПЕР-КОСНА”) qeydiyyatdan keçiriblər. 1 milyon 650 min rubl nizamnamə kapitalı olan daşınmaz əmlak şirkəti Rusiya paytaxtının Novinki küçəsi 12B ünvanında təsis olunub. Sözügedən ünvanda şirkətə məxsus “PRONTO” Ticarət mərkəzi və restoran fəaliyyət göstərir.

2017-ci il maliyyə hesabatına görə şirləyin gəlirləri 8 milyon 251 min rubl təşkil edib.

6. “DİVİDEND” MMC (ООО “ДИВИДЕНД”) 2010-cu ilin mayında 10 000 rubl nizamnamə kapitalı ilə təsis olunub. Şirkətin 49 faiz hissələri Azər Əmiraslanova, qalan 51 faizi isə Nəsimi Allahverdiyevin və qardaşının adına rəsmiləşdirilib, 2017-ci il maliyyə hesabatına əsasən gəlirləri 39 milyon 784 min rubl (o zamankı valyuta kursu ilə 610 min dollar) təşkil edib.
Daşınmaz əmlak sektorunda fəaliyyət göstərən şirkət Moskvada, Privolnaya küçəsi 63-də hüquqi qeydiyyatdadır. Bu ünvanda yerləşən və şərq mətbəxi təqdim edən ikimərtəbəli “Lepyoşka” kafesi “Dividend” MMC üzərindən idarə olunur.

7. Azəf Əmiraslanov “Bereq” MMC-ni (ОБЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ “БЕРЕГ”) nizamnamə kapitalı 10 min rubl olmaqla 2014-cü ilin sentyabrında Fail Qurbanov adlı işadamı ilə birgə qeydiyyatdan keçirib.

Şkulyova küçəsi 2a/1 ünvanında hüquqi qeydiyyatda olan şirkət restoran biznesi sahəsində fəaliyyət göstərir. Əhliman Əmiraslanovun oğlu və onun şəriki bu şirkət üzərindən həmin ünvanda “AnderSon” restoranına sahibdirlər. Şirkət hissələrinin 65 faizi Fail Qurbanova 35 faizi isə deputatın oğluna məxsusdur.

8. Azər Əmiraslanovun Moskvada şərik olduğu daha bir şirkət – “PSK” MMC (ОБЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ “ПЕРВАЯ СТРОИТЕЛЬНАЯ КОРПОРАЦИЯ”)

2003-cü ilin dekabrında qeydiyyatdan keçib. Tikinti sektorunda fəaliyyət göstərmiş şirkət 2013-cü ilin iyulunda ləğv edilib.

Mətbuatda yer alan məlumatlara görə Azər Əmiraslanov yaxın adamı və köməkçisi kimi tanınan Vüqar Cavadovun adına rəsmiləşdirilmiş “Azər-Türk” klinikasına və başqa bir neçə klinikalara, apteklərə, restoranlara və mağazalara da sahibdir”.

Həmçinin ökə mediasında gedən iddialara görə, Əhliman Əmiraslanovun oğlunu Türkiyədə qaçırıblarmış. Sözügedən mövzu ilə bağlı 03-10-2022-ci ildə ölkə mediasında çoxsayda materiallar dərc edilib.

Həmin məlumatlarda birini diqqətinizə çatdırırıq:

Türkiyədə azərbaycanlı deputatın oğlu oğurlanıb. Deputatdan oğlunun sərbəst buraxılması üçün 10 milyon dollar tələb olunub.

Danışıqların nəticəsi olaraq oliqarx deputat (keçmiş yüksək vəzifəli məmur) oğlunun sərbəst buraxılması qarşılığında 5 milyon dollarından keçməli olub.

Deputatın oğlunu oğurlayanlar separatçı kürd qruplaşmasının üzvləri olublar.

Qeyd edək ki, oliqarx deputatın oğlu 5 milyon dollar ödənildikdən sonra sərbəst buraxılıb. Onun hazırda Bakıda olduğu bildirilir.

****

***

Bakupost.az saytı isə oğurlanan şəxsin Azərbaycan Tibb Universitetinin sabiq rektoru, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanov olduğunu yazıb.

Azər Əmiraslanov Türkiyədə geniş biznes şəbəkəsinə sahibdir. Onun bir neçə klinika və tibb sahəsi ilə bağlı biznes obyektləri var. A.Əmiraslanovun məhz geniş maliyyə imkanlarına görə maddi maraq üçün oğurlandığı bildirilib.

****

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Azər Əmiraslanov İstanbulda oğurlanıb. Bildirilir ki, A. Əmiraslanov bir müddət əvvəl Türkiyədə yaşayan kriminal aləmin üzvləri ilə problem yaşayıb. O, kriminal dairələrdən Türkiyənin hüquq-mühafizə orqanlarına şikayət edib və onların saxlanılmasına nail olub.

*****

Əhliman Əmiraslanov haqqında qalmaqallar bununla bitmir. 13/03/2020-ci il tarixində gedən məlumata görə, Əhliman Əmiraslanovun qardaşı oğlu da ölkədə “hoqqa” verib.

vətəndaş Tamella Fərzəliyeva bildirir ki, Emil Vaqif oğlu Əmiraslanov ondan dəyəri 115.250 (Bir yüz on beş min iki yüz əlli) manat civarında qızıl-zinət əşyaları götürüb və qaytarmayıb.

Şikayətçinin sözlərinə görə, Emil Əmiraslanov həmin vəsaitin 30000 (otuz min) manatlıq hissəsinin qarşılığında vasitəçilik xidməti təklif edərək iş görəcəyini vəd edib, hansı ki, yerinə yetirməyib. Qalan böyük hissəsini isə borc kimi alaraq hər ay hissə-hissə, hər dəfə 10000 (on min) manat qaytaracağını söz verib. İlk aylar 1000 (bir min), 2000 (iki min), 3000 (üç min) manat qaytarsa da, sonradan gizlənərək öhdəlikdən yayınıb, telefon zənglərinə də cavab verməyib.

Vətəndaş T.Fərzəliyeva əlacsız qalaraq Emilin böyüklərini axtarıb. Atası – Bakı Humanitar Kollecinin direktoru Vaqif Əmiraslanovla və anası ilə əlaqə saxlayıb. İlk əvvəl Emilin valideynləri işi qaydasına qoyacaqları barədə ümidverici sözlər desələr də, sonradan onlar da oğullarının borcunu ödəməkdən və yü ödətdirməkdən yayınıblar. Belə olan halda borc yiyəsi məcbur olub Əhliman Əmiraslanovun qəbuluna düşüb və akademikin diqqətinə çatdırıb ki, Emil ona iş düzəldəcəyini vəd edərkən, məhz nüfuzlu əmisinin adından istifadə edib. Hərçənd, alim əmi də qardaşoğlunun əməllərinə cavabdeh olmaqdan boyun qaçırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.