Fuad Nəcəflinin rəhbərliyi altında SAXTAKARLIQ...

3-09-2024, 07:54           
Fuad Nəcəflinin rəhbərliyi altında SAXTAKARLIQ...
Naxçıvan Ali Məclisinə keçirilən dünənki seçkilərdə kütləvi saxtakarlıqların baş verdiyi bildirilir. Ən çox istifadə oluna saxtakrlıq isə, vəfat etmiş və ya Naxçıvanda yaşamayan şəxslərin adına səs vermək, topa bülleten atmaq, karusel olub.

Bu haqda “Gündəlik Naxçıvan”a müstəqil namizədlərin müşahidəçiləri məlumat veriblər. Onlar səsləri qorumaq üçün mübarizə aparsalar da nəticəsi olmayıb.

18 saylı Nehrəm DSK saxtakarlıqların ən çox baş verdiyi dairələrdəndir. Müşahidəçilər bildirirlər ki, burada müstəqil namizəd Zeylabdin Bağırzadə daha çox səs toplasa da, yekunda nəticələr saxtalaşdırılıb:

“Sona qədər seçkini müşahidə etdik. Ərazidə seçiciləri tanıdığımız üçün karuselə cəht etsələr də alınmadı. Seçkiyə ən çox gələn müstəqil namizədlərin tərəfdarları idi. Bu səbəbdən həmin namizədlər YAP-ın ın dəstəklədiyi namizəddən qat-qat çox səs toplamışdı. Sonda səslər sayıldı, yekun protokol yazılarkən nəticələri YAP-ın dəstəklədiyi namizəd Teymur Rzayevin xeyrinə dəyişdilər. Bundan sonra saxtalaşdırılmış protokolu bizə təqdim etdilə. Etiraz etsək də xeyiri olmadı. Bir çox müşahidəçiyə zor tətbiq edib, məntəqələrdən çıxardılar”.

10 saylı Şərur DSK-da da total saxtakarlıqların baş verdiyi haqda məlumatlar var. Burada YAP-ın dəstəklədiyi namizədin rəqibi müstəqil jurnalist Həkimeldostu Mehdiyevdir. Müşahidəçilər bildirirlər ki, səsvermə prosesində olunan saxtakarlıq yetmədiyindən, bu dairədə protokollar da saxtalaşdırılıb:

“Seçicilər seçkiyə gəlmədi. Az-çox gələnlər isə öz təşəbbüsü ilə namizəd olanların tərəftarları idilər. Bu səbəbdən günün sonunda məntəqlərdə inzibati resurslardan istifadə edərək “karusel” işləndi. Eyni zamanda məntəqə üzvləri yerli hakimiyyətin dəstəklədiyi namizədin xeyirinə topa bülletenlər atmağa cəhd etdilər. Alınmayabda isə yekun protokollarda saxtakarıq edərək yerli hakimiyyətin dəstəklədiyi namizəd Mübariz Bağırovu birinci etdilər”.

34 saylı Şahbuz şəhər DSK-sı da digərləri kimi saxtakarlıq hallarından yan keçməyib. Burada müstəqil müşahidə aparan N. Bayramov deyir ki, saxtakarlıqların qarşısını almağa cəhd etsələr də, mümkün olmayıb:

“Kütləvi saxtakarlıqlar müşahidə etdik. Azərbaycan Parlamentinə keçirilən seçkilər bu dərəcədə saxtalaşsırılmadı. Əhalinin çoxu Naxçıvanı tərk edib. Hökümətə yaxın olan insanlar, məmurlar Bakda yaşayan şəxslərin şəxsiyyət vəsiqəlırinin şəklini gətirib, 15-20 nəfərin yerinə səs verirdilər. Məntəqə katibləri daha çox canfəşanlıq edirdilər. Onlar tez-tez YAP-ın dəstəklədiyi namizədin xeyirinə qutuya topa bülleten atırdılar. Biz etiraz edib qanunsuz olduğunu bildirsək də saxtakarlıqların qarşısını ala bilmirdik. Akt tərtib edərkən isə həm məntəqə seçki komissiyasının üzvüləri, həm də hökumət tərəfindən verilən müşahidəçilər bizim üzərimizə gəlir, təzyiq edirdilər. Aktlara imza atmaqdan imtina edir, hətta aktı cırıb atırdılar. Sonda isə bizə məhəl qoymadan yekun protokolları YAP namizədlərinin xeyrinə özləri istədikləri kimi yazdılar”.

Naxçıvan MR Ali Məclisinə seçkilər parlament seçkiləri ilə eyni gündə, eyni dairə və məntəqə binalarında keçirilir. 45 dairədə keçirilən bu seçkilərə Naxçıvan MR MSK-sı nəzarət edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.