Məni bir vətəndaş kimi səhiyyə problemi maraqlandırır. Onkoloji Mərkəzdə rüsvayçılıqdı.

3-09-2024, 15:14           
Məni bir vətəndaş kimi səhiyyə problemi maraqlandırır.  Onkoloji Mərkəzdə rüsvayçılıqdı.
Dünən növbədənkənar parlament seçkiləri bütün əyər-əskiyi, biabırçılığı ilə baş tutdu.
Məntəqələrdə nələ olduğunu internet vasitəsilə hamımız gördük.
Bu Milli Məclisdə belə yığıldı. İndi məni bir şey düşündürür. Seçicilərə ağızdolusu vədlər verən deputatlar görəsən sözlərinin arxasında duracaqlar?
Məsələn, məni bir vətəndaş kimi səhiyyə problemi maraqlandırır.
Ailəmizdə iki nəfər hazırda onkoloji xəstə kimi qeydiyyatdadır. Çox istərdik yeni çağırış parlamentdə səhiyyə üzrə daimi komitədə TƏBİB, Səhiyyə Nazirliyi ilə bağlı məsələlərə ciddi yanaşılsın.
Onkoloji Mərkəzdə rüsvayçılıqdı. Dövlət bu tip xəstələr üçün dərmanları ayırırsa da yerində almaq olmur.
Xəstəxana bazara çevrilib. Onsuz da bu adamlar canları ilə uğraşırlar. Həyatlarının ağır günlərini yaşayırlar.
Dərdlərini yüngülləşdirmək əvəzinə bir tərəfdən də ağxalatlı dəllallar onları əsəbiləşdirirlər.
Sima Babayeva
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.