Sakin, sahibkar və dövlət qurumu əlbir olub özbaşınalıq edir - VİDEO

3-09-2024, 16:28           
Sakin, sahibkar və dövlət qurumu əlbir olub özbaşınalıq edir - VİDEO
Paytaxt küçələrindən birinin vəziyyəti digərlərindən tamamilə fərqlənir.

Avtosfer.az xəbər verir ki, Bakının Nizami rayonunda yerləşən küçədə yol infrastrukturunun bütün qaydaları pozulur. Sahibkarların, sakinlərin kobud qayda pozuntuları bir yana, dövlət qurumunun küçəyə etinazsız yanaşması ərazidə xaosa səbəb olub.

Belə ki, Məhəmmədəli Şərifli küçəsindəki vəziyyəti telefonu ilə qeydə alan oxucumuz görüntüləri redaksiyamıza göndərib və vurğulayıb ki, Rüstəm Rüstəmov küçəsindən qeyd edilən küçəyə döngədən başlayaraq sakinlərin hərəkətinə maneə yaradan bir çox amillər ərazidə hərəkəti mümkünsüz edib.

Sakinlərin öz həyətlərini genişləndirərək səkini zəbt etməsindən tutmuş, təkər satış obyekti, "fastfood" restoranına, eləcə də, səkinin sadəcə 100-150 metr hissəsinə asfalt çəkərək göz boyamağa çalışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qədər hər kəs bir formada ən kobud şəkildə qaydaları pozmaq xaricində heç nə etməyib.

Həmin görüntüləri sizə təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru