Sosial Müdafiə ya ədalətsizlik nazirliyi? - Daha bir ailənin sosial yardımı kəsilib VİDEO/FOTO
4-09-2024, 09:44
Göyçay rayonu Cəyirli kənd sakini Abışov Elçin Valeh oğlu tərəfindən
ŞİKAYƏT
Bizim ailə 7 nəfərdən ibarət külfətdir. Qoca anam, həyat yoldaşım və 4 azyaşlı uşağım bir evdə yaşayırıq. Ailəmiz yoxsulluq həddində yaşadığına görə bizim ailəyə 2023-cü ilin may ayı tarixində ünvanlı sosial yardım təyin edilmişdir.
Ancaq 2024-cü ilin fevral ayı tarixində sosial yardım təyinatından qanunsuz imtina edilib dayandırılıb.Səbəb ki, "Ailə üzvü Abışov Elçin Valeh oğlunun adına avtomobil olması".
Ancaq qeyd edim ki, bu qanunsuz imtinadır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vermişdir.Çünki Qazel markalı 23 BF 579 nömrəli avtomobil mənim qardaşımın olub mən etibarnamə ilə idarə etmişəm. 2022-ci ilin iyun ayı tarixində mənim etibarnaməm ləğv edilib. Qeyd edim ki, bizim ailə 9 ay sosial yardım almışdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin imtinası tam qanunsuz və əsassızdır.Bu qanunsuzluğa görə bizim ailə aclıq yoxsulluq içində yaşamağa məhkum olunub.Hələ bu azmış kimi Dövlət Sosial Müdafiə Fondu evimizə məktub göndərib 9 ay aldığımız sosial yardımı geri qaytarmağımızı tələb edir. Bu isə sanki 7 nəfərlik ailəni öldürmək deməkdir.
Şikayətim yerində mənim evimə yaşayış tərzimə baxmaqla obyektiv araşdırlıb qanunu tədbir görülməlidir.
Əgər mənim adımda avtomobilin olmasına dair saxta sənədi tərtib ediblərsə bu vəzifə cinayəti hesab olunur.
Hörmətli Prezident, hörmətli Mehriban xanım Sizdən xahişim edirəm ki, göstərilənləri araşdırıb bizim ailənin yoxsulluq içində yaşamasını nəzərə alıb Ünvanlı Sosial Yardım bərpa edilmısinə köməklik göstərəsiniz.