Afiq Kərimov özünü Hacıqabulun icra başçısı kimi aparır
6-10-2016, 01:31
Əhməd Muxtarovun köməkçisi hərbi xidmətdən necə yayınıb? Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovun köməkçisi Afiq Oqtay oğlu Kərimovla bağlı redaksiyamıza olcuqca ilgin məlumatlar daxil olub. Belə ki, Afiq Kərimovun icra başçısının köməkçisi olmasına baxmayaraq, özünü rayonun əsas söz sahibi kimi apardığını iddia edən mənbənin Gundelik-Baku.com-la bölüşdüyü informasiyada deyilir ki, o, hətta bəzi məqamlarda Əhməd Muxtarovun belə, göstərişlərinə məhəl qoymur. Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısının köməkçisinin yol verdiyi neqativ halların, çoxsaylı nöqsanların rayon sakinlərinin, yerli sahibkarların, iş adamlarının, o cümlədən fermerlərin haqlı narazılığına səbəb olduğunu deyən məlumatlı şəxsin sözlərinə görə, Afiq Kərimovun yaratdığı vəziyyət insanları təngə gətirib: «Deyilənlərə görə, Əhməd Muxtarov 29 mart 2006-cı il tarixdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunsa da, son zamanlar rayonu köməkçisi Afiq Kərimova həvalə etdiyinə dair bir sıra informasiyalar dolaşmaqdadır. Belə ki, onun köməkçisinin bəzi əməlləri tamam başqa mətləblərdən xəbər verir. Qeyd olunur ki, icra başçısının köməkçisi Afiq Kərimov rayonda «at oynadır», ürəyi istədiyi kimi hərəkət edir. Bildirilir ki, o, vətəndaşlarla ümumiyyətlə davranmaq qaydalarını belə bilmir. Deyilənlərə görə, icra başçısının köməkçisi irəli sürdüyü «şərt»lərlə Hacıqabul rayon sakinlərinin canını boğaza yığıb». Bu arada, Hacıqabulun icra başçısının rayonda həyata keçirdiyi bəzi məsələlərin əsas icraçısı kimi məhz köməkçisi Afiq Kərimovun adının çəkildiyini bildirən mənbə iddia edir ki, Əhməd Muxtarov bu gün fəaliyyətindən ən çox narazılıq edilən icra başçılarının sırasında qərarlaşıb: «Deyilənlərə görə, bunun səbəbləri kifayət qədərdir. Hər halda ölkənin əksər bölgələrində müşahidə edilən dinamik inkişafın fonunda Hacıqabul rayonunun hələ də problemlər girdabında çabalaması özü-özlüyündə artıq ən böyük faktdır. Rayonda işsizlik səviyyəsinin yüksək olması, abadlıq-quruculuq işlərinin yarıtmaz şəkildə həyata keçirilməsi, ayrılan büdcə pullarının mənimsənilməsinə dair ittihamların çox olması kimi məqamlar, hazırda Hacıqabul Rayon İcra Hakimiyyətinin fəaliyyətini səciyyələndirən əsas amillərə çevrilib. Bildirilir ki, icra başçısının köməkçisi Afiq Kərimov hər ay rayondakı idarə, təşkilat və müəssisə rəhbərliyilə görüş keçirir və onların «təşəkkür»lərini qəbul edir. İcra başçısının bu məsələdən xəbərdar olub-olmadığını deyə bilməsəm də, görünən odur ki, bu gün Afiq Kərimov özünü icra başçısının köməkçisi kimi yox, elə məhz icra başçısı kimi apırır. Bu səbəbdən də artıq Hacıqabulun icra başçısının kim olduğuna dair müəyyən şübhələr yaranır». Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovun köməkçisi Afiq Kərimovun hərbi xidmətdən yayındığını vurğulayan məlumatlı şəxsin sözlərinə görə, o, müxtəlif yollara baş vurduqdan sonra ordu sıralarından kənarda qalmağa müvəffəq olub: «Deyilənlərə görə, icra başçısının köməkçisinin hərbi xidmətdən yayınmasını rayonda artıq hər kəs bilir. Lakin nədənsə indiyədək bu məsələni araşdıran olmayıb. Görünür, Afiq Kərimov bəziləri ilə dil tapmağı bacardığından sözügedən məsələni görməzdən gəlirlər». Rayonun Padar-Muğan-Qarasu ərazisində 5 min hektara yaxın əkinə yararlı dövlət torpaqlarının məhz Afiq Kərimovun nəzarətində olduğu, onun yaxın adamları tərəfindən istifadə olunduğunu deyən mənbə iddia edir ki, icra başçısının köməkçisinin Hacıqabul-Horadiz yolunun üstündə çoxlu sayda ticarət, istirahət obyektləri var: «Hələ bu, harasıdır. Deyilənlərə görə, Afiq Kərimov bir müddət əvvəl Hacıqabul rayonunda karxana açıb. Ümumiyyətlə, bu gün onun Hacıqabul rayonu ərazisində çoxlu sayda obyekti, çörək sexi, kafesi, apteki və digər biznes strukturları var. Onu da nəzərinizə çatdırım ki, «Bacanaqlar» serialının həvəskarı olan Afiq Kərimova məsləhət görərdim ki, bu seriala az baxsın. Çünki tezliklə «Məktəb direktoru, yoxsa aptek müdiri» məsələsinə aydınlıq gətiriləcək. Bir məqamı da qeyd edim ki, icra başçısının köməkçisi axşam saat 7-8 radələrində Hacıqabul Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsində böyük məsləhətçi Salman Zamanovla birgə rayon ərazisindəki kafe və restoranları gəzir, onların sahiblərini öz «şərt»lərinə razı salırlar. Bu isə onu deməyə əsas verir ki, adıçəklən şəxslər rayon ərazisində sahibkarlığın inkişafına ciddi əngəl törədirlər». Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
P.S. Gülnar bulağından içilən suya limon qatan şəxslər haqqında növbəsi sayımızda ətraflı məlumat verəcəyik.
teref.az