"Bazar kralı" qohumlarına qadağa qoydu - Bahalı maşın sürməyin!

26-02-2025, 08:43           
"Bazar kralı" qohumlarına qadağa qoydu - Bahalı maşın sürməyin!
Azərbaycanda "bazarlar kralı" kimi daha çox məşhur olan Azay Möhnətovla bağlı maraqlı məlumat yayılıb...

Poliqon xəbər verir ki, "EuroHome”in sahibi ətrafında olan yaxın qohumlarına bahalı avtomobildən istifadə etməyi qadağan edib. İş adamının bu tapşırığını onun yanında işləyən qohumları yerinə yetirib. Belə ki, Azay Möhnətovun biznesinə rəhbərlik edən qardaşı oğlu Yalçın Möhnətovun qiyməti yüz min manatlarla ölçülən "Gelanvagen" avtomobilini satıb.

Maraqlıdır ki, bahalı avtomobillərini satan iş adamının qohumları dəyəri 40-50 min manat olan avtomobil nömrələrindən istifadə etməkdədirlər.

Sosial şəbəkədə yayılan məlumatda A. Möhnətovun işlərinin bir hissəsinə nəzarət edən Sarvan adlı bacısıoğlunun 10-??-010 kimi nömrələrdən istifadə etdiyi yazılır.Qeyd edək ki, Azay Möhnətov Bakıda və Rusiyada bazarla sahibdir. EvroHome adlı bazarlar şəbəkəsi A. Möhnətova məxsusdur.

Məsələ ilə bağlı qarşı tərəf mövqe sərgiləyə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru